realxeber.org

Məşhur mağazalar şəbəkəsi məhkəməyə VERİLDİ

12-01-2022, 10:47

Məşhur mağazalar şəbəkəsi məhkəməyə VERİLDİ

“Al Market” mağazalar şəbəkəsi məhkəməyə verilib.

REALXEBER.ORG xəbər verir ki, iddiaçı “Ceylan” MMC-dir. Məhkəmə çəkişməsinin səbəbi alqı-satqı üzrə mübahisələrdir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun icraatındadır. “Al Market” mağazalar şəbəkəsi “Al Market” MMC-yə məxsusdur.

Adıçəkilən MMC-nin ölkənin aparıcı holdinqlərindən olan “Azərsun Holdinq”ə bağlı olduğu bildirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Al Market” MMC 2018-ci ilin sentyabr ayında qeydiyyatdan keçib. Nizamnamə kapitalı 3 milyon 488 min 321 manat olan şirkətin qanuni təmsilçisi Adem Tansel Tuzcudur. “Azərsun Holdinq” MMC isə 2000-ci ildə qeydiyyatdan keçib və nizamnamə kapitalı 90 milyon manatdır. Qanuni təmsilçisi Mehmet Savaş Uzandır. “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri isə Abdolbari Gözəldir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 54}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]