realxeber.org

Rektorun müşavirinə rüşvət ittihamı

11-01-2022, 13:41

Rektorun müşavirinə rüşvət ittihamı

Xatırladaq ki, bir neçə gün bundan əvvəl aktualxeber.az saytında “70 yaşlı müxalifətçi dekan” başlıqlı məqalə dərc etmişdik.

Məqalə redaksiyamızın elektron poçtuna Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti adından tarix üzrə fəlsəfə doktoru, dosent Hüseyn Əlisahib oğlu Bəxtiyarov tərəfindən yazılmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Təhsil Naziri Emin Əmrullayevə və aktualxeber.az-a ünvanlanmışdı.

Elektron poçtumuza H.Bəxtiyarov tərəfindən yeni müraciət də daxil olmuşdur. Həmin müraciəti də olduğu kimi veririk:

“Hörmətli redaksiya, Gəncə Dövlət Universiteti rektorunun qatı müxalifətçi keçmişi olan müşaviri Asif Şəmil oğlu Cavadov xeyli müddətdir ki, Azərbaycan tarixi kafedrasının baş müəllimi, vaxtı ilə onun müavini, indi isə ona əyləncəli qadın məclisləri təşkil edən Sevda xanımın vasitəsilə onların gəlini Kəmalə Əliyevadan 5000 manat rüşvət almış, onu işə götürtdürəcəyini vəd etmişdir. Amma onun diplomu Ramiz Məmmədovun direktor olduğu keçmiş Müəllimlər İnstitutunun saxta diplomlarından biri olmuşdur. Ona görə də onu yalnız analıq məzuniyyətində olan şəxslərin yerinə müvəqqəti olaraq işə götürürlər. Kəmalə Əliyeva müxtəlif yerlərdə, bir neçə aylıq analıq məzuniyyətində olan şəxslərin yerinə işləyir. Tez-tez də onun yerini ordan bura, burdan ora dəyişirlər. Onun son iş yerləri bir müddət təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənovun yanında köməkçi, hal-hazırda isə Magistratura şöbəsi olmuşdur. Amma özü isə işə gəlmir, tək-tək hallarda gətirib adları gedən şöbələrdə yox, başqa şöbələrdə bir neçə saat oturtdurub yola salırlar. Bu şəxs saxta diplomla maaş alır. Xanımın həyat yoldaşı dəfələrlə Asif Cavadovdan pulunu tələb etsə də onun pulunu qaytarmırlar. Xahiş edirik, bu cinayət xarakterli işi ictimailəşdirəsiz”…

Müraciətdə kifayət qədər ciddi ittihamlar olduğundan ümidvarıq ki, əlaqədar qurumlar vaxtında lazımi ölçü götürəcəklər.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Mənbə: aktualxeber.az


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 105}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]