realxeber.org

Gəncə Beynəlxalq Xəstəxanasının həkimi pasienti müayinədən birdəfəlik imtina etdi - SƏBƏB

9-01-2022, 19:32

Gəncə Beynəlxalq Xəstəxanasının həkimi pasienti müayinədən birdəfəlik imtina etdi - SƏBƏB

Gəncə Beynəlxalq Xəstəxanasının İnvaziv Kardioloqu DR. Sənan Təhməzovla yaşlı pasienti arasında qalmaqal yaşanıb. Həkim növbəlilik əsasında qəbul zamanı Kəlbəcər rayon sakini Uğurlu Bəşirovu sonuncunun ailə üzvülərinin gözü qarşısında təhqir edib. Belə ki, pasient həkimə qəbul qaydalarını pozduğunu bildirib, cavabında həkim Bəşirovun ödəniş qəbzini üstünə ataraq onu bir daha müayinə etməyəcəyini deyərək klinikadan qovub.

REALXEBER.ORG bildirir ki, bu barədə məlumatı "Dünyanınsəsi.az" saytı yayıb.

Saytın bildirdiyinə görə, Kəlbəcərli Uğurlu Bəşirov şikayətində deyib ki, o, Gəncə Beynəlxalq Xəstəxanasının daimi pasienti olub. Və 06 yanvar 2022-ci ildə də ora müayinə olunmaq üçün gedib. Qəbul üçün pul vəsaiti ödəyərək qəbz alıb və növbəyə dayanıb. Lakin, həkim kordioloq Sənan Təhməzov və Emin adlı həkimlər öz yaxınlarını növbədənkənar qəbul ediblər və qaydaları pozublar. Belə olan halda, Bəşirov adıçəkilən həkimlərə öz etirazını bildirib. Nəticədə də xəsətənin ödəniş qəbzi üzünə çırpılaraq ağır sözlərlə övladının yanında xəstəxandan qovulub. Şikayətçi bu barədə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə də məlumat verib.

Maraqlıdır ki, olayı Gəncə Beynəlxalq Xəsətəxansının İnvaziv Kardioloqu DR. Sənan Təhməzov özü də təsdiq edib.
O, qısa açıqlamasında bildirib: ”Bəli, Uğurlu Bəşirov qəbulumuzda olub. Növbədənkənar xəstə qəbulu ilə bağlı insident yaranıb. Məhz buna görə də onu qəbul etməkdən imtina etmişəm. Mən onun ödəmiş olduğu vəsaiti cibimdən qaytarası olsam belə, onu təkrar qəbul etməyəcəm” – deyə bildirb.

Gəncə Beynəlxalq Xəstəxanasının həkimi pasienti müayinədən birdəfəlik imtina etdi - SƏBƏB

Baş verən həkim-pasient qarşıdurması təəssüf doğurur. Fakt özlüyündə ölkəmizin səhiyyə sistemindəki özbaşınalığın, nizam-intizamsızlığın və xüsusilə də həkimlərin xəstələrinə qarşı aqressiv davranışının özəl tibb müəssisələrində də cərəyan etdiyini aydın edir. Həkim andı daşıyanlarda isə ondan şəfa diləyənlərə qarşı kobud aqressiya təkcə qeyri-etik davranışın təzahürü deyil, bu həm də bir şikayətçinin öz sağlamlığı naminə pul ödənişindən sonra qarşılaşdığı təkəbbür və qudurğanlıqdır...


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 43}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]