realxeber.org

Xaçmazda Mahmudov həmkəndlisi tərəfindən güllələndi

9-01-2022, 12:10

Xaçmazda Mahmudov həmkəndlisi tərəfindən güllələndi

Xaçmazda güllələnmə hadisəsi olub. Hadisə gecə saatlarında Köhnə Xaçmaz kəndində qeydə alınıb.

Rayonun Köhnə Xaçmaz kənd sakini, 1989-cu il təvəllüdlü Cavid Rəhim oğlu Mahmudov ov tüfəngindən açılan atəş nəticəsində qarın nahiyəsindən ağır xəsarət alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona həmkəndlisi Mayılov Nail Kərim oğlu tərəfindən münaqişə zəminində xəsarət yetirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 61}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]