realxeber.org

Vüqar Kərimovun MEŞƏ BİZNESİ... - Dövlət malı belə QARƏT OLUNUR

8-01-2022, 14:06

Vüqar Kərimovun MEŞƏ BİZNESİ... - Dövlət malı belə QARƏT OLUNUR

REALXEBER.ORG xəbər verir ki, etibarlı mənbədən verilən məlumata görə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimova söykənən Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində olan meşə quldurları meşə torpaqların satmaqda davam edir. Bu barədə azinfo.tv saytı məlumat yayıb.

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin baş meşəbəyisi Faiq Əmişov və baş mühafizə mühəndisi Abturab Bağırov vətəndaşa tikinti məqsədilə Masallı meşəbəyliyinin 22 saylı dolayında (Abturab Bağırovun kəndinin yanında) dövlət meşə fondu torpaqın satıblar və hazırda həmin yerə (ərazinin koordinatı: x-296436; y-4332255) mişar daşı boşaldılıb. Bu yaxınlarda sözügedən yerdə tikinti işlərinin aparacağı gözlənilir. Abturab Bağırov şəxsən özü etiraf edib ki, ETSN-nin müavini Vüqar Kərimovla onun münasibəti yaxşıdır və onu himayə edir. Hətta dekabr ayında saxta əkin kompaniyasında Yeyənkənd meşəbəyliyində Vüqar müəllim dostu Abturab Bağırova birlikdə ağacəkərkən xatirə şəkildə çəkdirib və həmin şəkil izləyiciliərin marağına səbəb olub.

Bir şeyi də qeyd etmək istəyirik ki, Faiq Əmişovla Abturab Bağırov ETSN-nın audit qrupunun yoxlamasından sonra noyabr 2021-ci ildə şiddətli töhmətdən alıblar.


Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.
Vüqar Kərimovun MEŞƏ BİZNESİ... - Dövlət malı belə QARƏT OLUNUR
Vüqar Kərimovun MEŞƏ BİZNESİ... - Dövlət malı belə QARƏT OLUNUR


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 86}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]