realxeber.org

SON DƏQİQƏ: Qırğızıstan Almatıya hərbçi göndərməkdən imtina etdi

6-01-2022, 19:02

SON DƏQİQƏ: Qırğızıstan Almatıya hərbçi göndərməkdən imtina etdi

Kollketiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana göndərdiyi sülhməramlıların sayı açıqlanıb.



REALXEBER.ORG xəbər verir ki, 3770 hərbçinin daxil olduğu kontingentdə ən az say Ermənistana məxsusdur - 70 hərbçi. Siyahıya 3000 hərbçi ilə başçılıq edən Rusiyadır. Daha sonra sıralamanı 500 hərbçi ilə Belarus və 200 hərbçi ilə Tacikistan davam etdirir.

Xatırladaq ki, Qırğızıstan Qazaxıstandakı iğtişaşların qarşısının alınması üçün KTMT-nin sülhməramlı kontingentinin tərkibində bu ölkəyə hərbçi göndərməkdən imtina edib.

Hazırda paytaxt Nur-Sultan və Aktau şəhərləri də daxil olmaqla bütün Qazaxıstan ərazisində etirazlar dayanıb. Bütün şəhərlərdə küçələrə təhlükəsizlik qüvvələri nəzarət edir.

Etirazların davam etdiyi yeganə şəhər isə Almatı şəhəridir. Şəhərdə hələ də etiraz aksiyaları və sülhməramlılar tərəfindən “anti-terror əməliyyatları” davam edir.

Etirazçıların 2 xəstəxana və xəstəxanalara gedən küçələri nəzarət altına aldığı bildirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 133}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]