realxeber.org

Şəkinin icra başçısı da ARADAN ÇIXIR... - İLGİNC İDDİA

28-12-2021, 11:29

Şəkinin icra başçısı da ARADAN ÇIXIR... - İLGİNC İDDİA

Şəkinin icra başçısı ilə bağlı Elxan Usubovla bağlı ilginc iddialar yayılıb. DİA.AZ xəbər verir ki, sosial şəbəkələrdə yayılan informasiyaya görə, Elxan Usubov əmlakının bir hissəsini satışa çıxarıb.

Xatırladaq ki, Şəkinin RİH rəhbəri oliqarx icra başçılarından hesab olunur və bu günlərdə onun biznes imepriyası ilə bağlı məlumatlar, habelə əmlaklarının siyahısı da yayılmışdı.

Yayılan son xəbərlərə görə isə Elxan Usubov əmlakının müəyyən hissəsini satışa çıxarıb və bu da onun gedişi ilə bağlı verilə biləcək qərarla əlaqələndirilir.

(DİA.AZ) Elxan Usubova aid olduğu deyilən əmlakın müəyyən hissəsini təqdim edirik:

- Bakıda T.Şıxəliyev, ev 6 ünvanında mənzil

- Şəkidə L.Abdullayev, ev 36 ünvanında mənzil

- Şəkidə M.Ə.Rəsulzadə, ev 293 ünvanında mənzil

- Şəkidə 5 ədəd dəbdəbəli malikanəsi

- Şəkidəki süd zavodu

- Şəkidə fəaliyyət göstərən sanatoriyalar

- Şəkidəki "Sünbül" çörəkbişirmə sexi

- Şəki, M.F.Axundov prospektində Hotel və Restoran

- Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzləri

- Oğuzda meşədə restoranı

- Ağstafada bir neçə obyektlər

- Mingəçevirdə obyektləri

- Bakıda, Şağan Sun City ərazisində böyük bağı

- Gürcüstanda böyük fındıq zavodu

- "CHEMİCO CO LTD" MMC şirkəti

- "A.Q.T.İ.M." MMC şirkəti (gips, mala və əhəng istehsalı)

- Bunlardan əlavə, siyahıya Şəkidə bir neçə iaşə-ticarət obyektləri, fərdi yaşayış sahələri və hektarlarla torpaq sahələri də daxildir.


Son xəbərlərdə həmçinin o da qeyd olunur ki, Elxan Usubov paralel olaraq Türkiyədə özünə yeni əmlaklar axtarışına da çıxıb.

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 131}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]