realxeber.org

SON DƏQİQƏ! Azərbaycanda yüksək vəzifəyə təyinat olub

27-12-2021, 11:58

SON DƏQİQƏ! Azərbaycanda yüksək vəzifəyə təyinat olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni Aparat rəhbəri təyin olunub.

Bununla bağlı Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı əmr imzalayıb.

Əmrə əsasən, qurumun Aparat rəhbəri vəzifəsinə Amil Cavadov gətirilib.

O, bu təyinata qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin köməkçisi işləyib. Eyni zamanda, bu il sentyabrın 13-dən Dövlət Komitəsi Aparatnın rəhbəri vəzifəsini müvəqqəti icra edirdi.

Xatırladaq ki, Amil Cavadov 1986-cı il fevralın 23-də Ağdam şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr təhsili alıb. 2009-2011-ci illərdə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında təlimatçı, 2011-2013-ci illərdə Ağdam rayon İcra Hakimiyyətində müxtəlif şöbələrdə məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.

2013- 2014 –cü illərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində koordinator, daha sonra isə Yeni Azərbaycan Partiyası İcra Katibliyində İdeologiya şöbəsində referent vəzifəsində çalışıb. 2014-2015-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin köməkçisi, 2015-2016-cı illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, 2016-2021-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ümumi şöbəsinin müdiri vəzifələrində çalışıb. Çoxsaylı məqalələrin və bir neçə kitabın müəllifidir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 72}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]