realxeber.org

Bakıda DƏHŞƏTLİ QƏTL: Səhər yeməyində oğul anasının başını kəsdi

24-12-2021, 12:22

Bakıda DƏHŞƏTLİ QƏTL: Səhər yeməyində oğul anasının başını kəsdi

Nəsimi Rayon Prokurorluğu Bakıda qadının qətli ilə bağlı məlumat yayıb.

Prokurorluqdan daxil olan məlumatda deyilir:

"Dekabrın 23-ü saat 13 radələrində paytaxtın Nəsimi rayonunda kirayədə yaşadığı evdə 1959-cu il təvəllüdlü Bəsti Cəfərovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin oğlu, 1989-cu il təvəllüdlü Samir Cəfərovun birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Bəsti Cəfərovanın boğaz nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Samir Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir".


08:49

Bakıda Nəsimi rayonunda dəhşətli qətl hadisəsi qeydə alınıb.

REALXEBER.ORG İTV-yə istinadən xəbər verir ki, 32 yaşlı Samir Cəfərov səhər vaxtı valideyni ilə yemək yeyərkən 62 yaşlı anası Bəsti Cəfərovanın başını kəsib.

Oğlanın hansı səbəbdən qətl törətdiyi hələlik məlum deyil.

Samir Cəfərov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 85}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]