realxeber.org

“Dalğa” – ailəvi istirahət mərkəzi, yoxsa əxlaqsızlıq yuvası?

23-11-2021, 15:49

“Dalğa” – ailəvi istirahət mərkəzi, yoxsa əxlaqsızlıq yuvası?

Son vaxtlar ölkədə insan alverinə və əxlaqsızlıq yuvalarının saxlanmasına qarşı ciddi mübarizə tədbirləri aparılır. Artıq bu illər ərzində Bakıda bir neçə əxlasızlıq yuvası aşkarlanaraq ifşa olunub, onlar haqqında qanunla müvafiq tədbirlər görülüb. Lakin bütün bunlara baxmayaraq təəssüf ki, bu cür problemlər hələ də mövcuddur. Bu cür obyektlərdən gələn bəlaların isə cəmiyyətdə hansı fəsadlar törətdiyi dəfələrlə müzakirə olunub. Belə ki bir çox dəri-zöhrəvi və yoluxucu xəstəliklər məhz bu tip obyektərdən yayılmağa başlayır. Bu obyektlər isə həmişə hanısa məmurların himayəsində olur.

Etibarlı mənbələrdən redaksiyamıza belə bir obyekt barədə məlumat daxil olub. “Dalğa” – ailəvi istirahət mərkəzi adlı obyekt Xətai rayon ərazisində, Babək prospektində üzü Günəşli istiqamətində gedən yolun sağ cinahında yerləşir. Burada təxminən 25 otaq var. Burada xidmətçilərin azyaşlı qızlar olduğu bildirilir. Ən əsası isə əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən bu obyekt qəbiristanlğın bir addımlığında yerləşir. Buraya gələnlər isə hər şeyi açıq-aşkar görə bilirlər. Obyekt sahibi Sadiq adlı şəxs heç kimdən çəkinmədiyini bildirir.”Dalğa Hotel” əxlaqsızlıq yuvasında qiymətlər 30-40-50-60 AZN arasında dəyişir.

Hosteldə girişdə sol tərəfdə Club fəaliyyət göstərir. Vaxtı ilə “Dalğa Hotel” adlanan bu məkan bir neçə dəfə bağlansa da, sonradan yenidən açılıb. Sakinlər bildirirlər ki, gecələr ərazidə səs-küydən, dava-dalaşdan qulaq tutulur. “Gecələr adıçəkilən fahişəxanada çalışan qızların sayı çox olur. Gündüz isə burada 2-3 qız çalışır”, – deyə Club-da fahişəxananın fəaliyyətindən narazılıq edən şəxs bildirdi. Onu da qeyd edək ki, mənbəmiz bu obyektlərə himayədarlıq edən məmurlardan bir neçəsinin adını bizə bildirib. Həmin mövzuda araşdırmalarımız davam edir. Yaxın günlərdə həmin məmurların adlarını açıqlayacağıq. İnanırıq ki, bu yazımıza hüquq-mühafizə orqanları münasibət bildirməklə yanaşı, sözügedən və əxlaqsızlıq yuvası kimi işləyən obyektlərin fəaliyyətləri barədə qanuni ölçü götürəcəklər.

Qarşı tərəfi də dinləməyə hazırıq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 112}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]