realxeber.org

BNA-nın videosunda avtobusun yolunu kəsən bahalı maşın görün kimə məxsusdur - FOTO

21-11-2021, 12:12

BNA-nın videosunda avtobusun yolunu kəsən bahalı maşın görün kimə məxsusdur - FOTO

Bakı Nəqliyyat Agentliyi paytaxtda avtobusların hərəkətinə mane olan nəqliyyat vasitələrinin görütülərini paylaşarkən videoda əks olunan lüks avtomobil müzakirələrə səbəb olub. Belə ki, Noyabrın 19-da 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobil zolaqların tələbini pozaraq avtobusun yolunu kəsib.

VAXTMedia Yeniavaz.com-a istinadən xəbər verir ki, qayda pozduğuna görə ictimai müzakirələrə səbəb olan avtomobilin kimə məxsus olması ilə bağlı jurnalist Samir Feyruzov paylaşım edib. O bildirib ki, 90 AA 013 dövlət nömrə nişanlı avtomobil “Bakı Klinikası”nın sahibi Aytən Quliyevaya məxsusdur: "Klinikanın əsl sahibi isə AMEA-nın prezidenti Ramiz Mehdiyevdir".

Qeyd edək ki, ötən gün Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus zolaqlarının tələbini pozan sürücülərin görüntülərini yayıb.

Görüntülərdə yer alan 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobil sosial şəbəkələrdə müzakirələrə səbəb olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 54}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]