realxeber.org

Karateçi-deputat niyə kirayə pulu alır? – Maraqlı detal

21-11-2021, 12:04

Karateçi-deputat niyə kirayə pulu alır? – Maraqlı detal

Şəkidən deputat olan Vüqar İskəndərovun adı da kirayə pulu alanlar siyahısındadır. Reportyor.info araşdırıb ki, deputat 1996-cı ildə karate üzrə dünya kubokunda bürünc medal qazanıb. Həmçinin, 2003-də Şotokan karate-do üzrə Avropa çempionu olub. Təkcə bu iki nailiyyətdən əldə edilən gəlir kifayətdir ki, deputat mənzil sahibi olsun. Amma İskəndərov aylıq 220 manat kirayə pulu alırmış. Bu da azmış kimi, deputat maaşı kifayət edir ki, Bakıda kreditlə ev alsın. Yəni ayda 800 manat kredit vermək gücü var. Deputat nümunə olmalı, aylıq kirayə pulunu Yaşat Fonduna köçürməli, yaxud imkansız ailələrə, qazilərin müalicəsinə dəstək məqsədilə ianə kimi verməliydi. Bundan əlavə, Şəkidə gənclər və idman idarəsinin rəisi işləyib. Ona görə ev sahibi olmaması şübhəli görünür. Qeyd edək ki, hüquqşünas Günel Səfərovanın sözlərinə görə, kirayə pulu alan deputatlar arasında “Port Baku”da qalanlar var.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 89}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]