realxeber.org

Pedaqoji təhsildən xəbəri olmayan bu gün Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhər Təhsil İdarəsinə necə ola bilərki müdür vəzifəsinə təyin edilə bilər?

21-11-2021, 11:25

Pedaqoji təhsildən xəbəri olmayan bu gün Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhər Təhsil İdarəsinə necə ola bilərki müdür vəzifəsinə təyin edilə bilər?

Pedaqoji təhsildən xəbəri olmayan bu gün Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhər Təhsil İdarəsinə necə ola bilərki müdür vəzifəsinə təyin edilə bilər? Təhsil naziri, belə bir kadrdan xəbəriniz varmı?

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
SURƏTİ: Azərbaycan Respublikasının1-ci vitse prezidenti xanım Mehriban Əliyevaya
SURƏTİ: Azərbaycan Respublikasının Təhsil naziri cənab Emin Əmrullayevə
Hüquqları pozulmuş, işsiz qalmış keçmiş müəllim Eminov Neman Bayram oğlu tərəfindən
Ş İ K A Y Ə T

Ulu öndər dahi şəxsiyyət, ölməz lider H.Əliyev demişdir: "Təhsil millətin gələcəyidir". Millətin gələcəyi olan təhsili regionlarda nə səbəbə məhv edirlər? Nə səbəbə təhsil sahəsinə rəhbər vəzifəyə kadr təyinatda düzgün seçim aparılmır?

Təhsil nazirləri, müavinlərinin əksəriyyəti, orada çalışanların əksəriyyəti Azərbaycan Dövlət İqtisad Universitetinin məzunlarıdır. Mən də bu Universitetin məzunu olmuşam.

Nə səbəbə mənim pedaqoji sahədə çalışmağıma icazə verilmir?

Ancaq, Gəncə Aqrar Universitetinin "mühasibat-uçotu" fakultəsini bakalavr, magistr pillələrini bitirən cənab Anar Qədimalıyev heç bir pedaqoji stajı olmadan Gəncə şəhər Təhsil idarəsində müdür vəzifəsində çalışa bilir?

Təhsil naziri cənab Emin Əmrullayev bir neçə gün əvvəl bildirmişdir ki, qadınların təhsil sahəsində çoxluq təşkil etməsi gələcəkdə problemlər yaradacaq. Kişiyəm, müəllim peşəsinin vurğunuyam, təhsil sahəsində işləmək uşaqlıqdan arzum olub. Əziz, doğma bildiyim müəlliməmin istəyi ilə mən Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunmuşam. Bizim vaxtlarda müəllimlərimizin bizə dediyi valideynlərimizin dedikləri kimi qanun idi. Müəllimlərimiz nə deyirdi o da olmalı idi. Müəllim şərəfli peşədir, müəllimdən həqiqətən də yüksək ad yoxdur.

Respublikamızın rayonlarının ucqar kənd orta məktəblərinin hansı olursa olsun gedib işləməyə hazıram. Əmək haqqının azlığı, çoxluğu mənə fərq etməz. Təki, mən pedaqoji sahədə, təhsil sistemində fəaliyyətə başlayım.

Sizdən xahiş edirəm mənə köməklik göstərəsiniz.

İmza: Eminov Neman Bayram oğlu
TARİX: 17.10.2021


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 639}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]