realxeber.org

Azərbaycanda şok tender: 10 ay əvvəl yaradılan şirkət 78 milyonluq tenderi uddu

20-11-2021, 12:52

Azərbaycanda şok tender: 10 ay əvvəl yaradılan şirkət 78 milyonluq tenderi uddu

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi 78.664.393.2 manatlıq tenderə yekun vurub.

Qlobal.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi "Vahid Avtomatlaşdırılmış Məlumat "Track and Trace” ("Təqib və İzləmə”) Sisteminin qurulması ilə əlaqədar xidmətlərin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmanın qalibi "TT Technologies” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

"TT Technologies” MMC 2020-ci ilin dekabr ayının 29-da təsis edilib.
[center]Azərbaycanda şok tender: 10 ay əvvəl yaradılan şirkət 78 milyonluq tenderi uddu
Azərbaycanda şok tender: 10 ay əvvəl yaradılan şirkət 78 milyonluq tenderi uddu
Azərbaycanda şok tender: 10 ay əvvəl yaradılan şirkət 78 milyonluq tenderi uddu
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Əlibəy Hüseynzadə ev 86, qanuni təmsilçisi isə Behbudova Ülkər Ənvər qızıdır.

Şirkətin nizamnamə kapitalı təsis edilərkən 300.000 manat olsa da, sonradan 500.100 manatadək qaldırılıb.

Qlobal.az xəbər verir ki, tender müqaviləsinin detalları barədə açıq məlumat verilməsə də, müqavilənin 2029-cu ilin dekabr ayında yekunlaşacağı planlaşdırılıb.

Maraqlıdır ki, 78 milyon manatlıq tenderin qalibi edilən şirkətin web səhifəsi yoxdur. Belə ki, "TT Technologies” Məhdud Məsuliyyətli Cəmiyyəti sözü google-də axtarışa verilərkən yalnız şirkətin təsis edildiyi zaman yerli mediada dərc edilən xəbərlərə rast gəlinir.

Təsis edildiyi gündən 10 ay sonra 78 milyon manatlıq dövlət satınalmasında qalib elan edilən "TT Technologies” Məhdud Məsuliyyətli Cəmiyyəti yəqin ki, bu cür "sürətli inkişafına görə" iqtisadi tarixdə yer alacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 50}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]