realxeber.org

Rüstəm Muradovun Bakıdan İrəvana apardığı meyitin kimliyi BİLİNDİ

18-11-2021, 17:14

Rüstəm Muradovun Bakıdan İrəvana apardığı meyitin kimliyi BİLİNDİ

Ermənistan Müdafiə Nazirliyi Cənub Hərbi Dairəsinin komandan müavini, general-leytenant Rüstəm Muradovun ötən gecə Bakıdan İrəvana apardığı meyitin kimliyini açıqlayıb.

Ermənistan mətbuatı xəbər verir ki, ötən gecə general Muradov Bakıdan İrəvana baş leytenant Taron Saakyanın (1990-cı il təvəllüdlü) meyitini çatdırıb.

Ermənistan Müdafiə Nazirliyi daha əvvəl Rusiya tərəfinin vasitəçiliyi ilə əsir düşən əsgərlərin geri qaytarılması üçün danışıqların aparıldığını bildirmişdi.

“Noyabrın 16-da baş vermiş döyüşlər nəticəsində itkin düşmüş hərbi qulluqçuların tapılması, eləcə də əsirlərin qaytarılması istiqamətində işlər davam etdirilir”, – deyə nazirlikdən bu məsələ ilə bağlı vaxtaşırı açıqlamalar veriləcəyini bildiriblər.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, hazırda onların 2 ölüsü var, 24 nəfərin taleyi məlum deyil, daha 13 nəfər əsirlikdədir.

Xatırladaq ki, noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri Laçın və Kəlbəcər istiqamətindəki dövlət sərhəddində Azərbaycanın mövqelərinə hücum edib.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, döyüş əməliyyatları zamanı Ordumuzun 7 hərbi qulluqçusu şəhid olub, 10 nəfər yaralanıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatınada deyilir ki, döyüşlər nəticəsində 2 post Azərbaycan ordusunun nəzarətinə keçib.

Rusiya tərəfinin vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən, Ermənistan-Azərbaycan sərhədinin şərq istiqamətində saat 16 iyun 18:30-da qatəşkəs elan olunub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 135}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]