realxeber.org

İKİ BACI bir məktəbdə RƏHBƏR VƏZİFƏDƏ çalışır, mən isə iki ali təhsilim ola-ola hələ də İŞSİZ qalmışam. - VƏTƏNDAŞ ŞİKAYƏTİ

15-11-2021, 22:22

İKİ BACI bir məktəbdə RƏHBƏR VƏZİFƏDƏ çalışır, mən isə iki ali təhsilim ola-ola hələ də İŞSİZ qalmışam. - VƏTƏNDAŞ ŞİKAYƏTİ

Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu "REALXEBER.ORG" informasiya agentliyinin elektron ünvanına şikayət ərizələri ilə müraciət etmişdir. Şikayəti Goranboy rayonu Dəliməmmədli şəhər tam orta məktəbin direktorundan, Rayon təhsil şöbəsindən və bir sıra səlahiyyətli şəxslərdəndir.

Biz həmin şikayət ərizələrini olduğu kimi dərc edirik. Ərizələrdə adları çəkilən şəxslərində qarşı tərəf kimi fikirlərini ictimailəşdirməyə hazırıq.

MÖHTƏRƏM CƏNAB PREZİDENT İLHAM ƏLİYEV dəfələrlə ölkəmizin güc strukturlarının rəhbərlərinə, rayon, şəhər İcra Başçılarına, dövlət MƏMURLARINA, VƏZİFƏLİ ŞƏXSLƏRƏ tapşırıqlar verir ki, qohumunuzu, dostunuzu, tanışınızı, yaxınınızı VƏZİFƏYƏ təyin etməyin, ilk növbədə vətəndaşların problemlərini həll edin, vətəndaşlara köməklik göstərin, vətəndaşlara xidmət edin, süründürməçilik etməyin, vətəndaşların hüquqlarını pozmayın.
Çox təəssüflər olsun ki, Goranboy rayonunda Möhtərəm Cənab Prezidentin bu tapşırıqlarına RİAYƏT olunmur.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
SURƏTİ : Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Xanım Mehriban Əliyevaya
SURƏTİ : Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Cənab Vüqar Gülməmmədova
SURƏTİ : Azərbaycan Respublikasının Təhsil naziri Cənab Emin Əmrullayevə
İŞSİZ vətəndaş Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu tərəfindən
Ş İ K A Y Ə T
Goranboy rayonu Dəliməmmədli şəhər tam orta məktəbinin direktorunun bacısı bu məktəbdə Təsərrüfat müdürü, direktorun təsərrüfat işləri üzrə müavini vəzifəsində çalışır.
İki BACININ bir tam orta məktəbində RƏHBƏR vəzifələrdə çalışmaları nə dərəcədə doğrudur, qanunidir?
Goranboy RİH başçısı Cənab Məhərrəm Quliyevin SÜRÜCÜSÜNÜN qohumunun Goranboy Rayon Təhsil Şöbəsində Metodkabinet müdürü vəzifəsinə təyin olunması nə dərəcədə doğrudur (qohumluq, dostluq olduğu üçün yüksək vəzifə verilməlidirmi?) Müdür vəzifəsinə təyin olunan bu kadr eyni zamanda Goranboy Rayon Təhsil Şöbəsinin müdürü Seymur Nazarovun dostudur.
65 yaşı tamam olan həkim oğlu Goranboy Rayon Təhsil Şöbəsinin müdürü Seymur Nazarovun anası olduğu üçün təqaüdə göndərilmədi, Goranboy Rayon Mərkəzi xəstəxanası bu həkimlə müqavilə bağladı.
Seymur Nazarov Goranboy rayonunda müəllim ordusuna rəhbərlik edir, 65 yaşı çatmış müəllimi təqaüdə yola salır.
Sizdən xahiş edirəm yuxarıda qeyd etdiklərimi NƏZARƏTİNİZƏ götürəsiniz, tədbir görülməsi üçün TAPŞIRIQ verəsiniz.



İşsizlik, vəzifəli şəxs tərəfindən mənə olunan haqsızlıq, hüquqlarımın pozulması, süründürməçilik, vəzifəli şəxsin xüsusi ilə məni aldatması İNTİHAR etməyimə gətirib çıxardı...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Surəti: Azərbaycan Respublikasının 1-ci vitse prezidenti xanım Mehriban Əliyevaya
Surəti: Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə
Surəti: Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova
Surəti: Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili (Ombudsman) xanım Səbinə Əliyevaya
Surəti: Azərbaycan Respublikasının Təhsil naziri cənab Emin Əmrullayevə
Surəti: Goranboy Rayon Təhsil Şöbəsinin müdürü Seymur Nazarova
Surəti: Dəyərli KİV-nin rəhbərlərinə, saytlara, saytların hörmətli rəhbərlərinə
Goranboy rayonu Qızılhacılı qəsəbə sakini, keçmiş müəllim Eminov Neman Bayram oğlu tərəfindən
Əlaqə tel: 070-406-35-76
051-558-14-70
Ş İ K A Y Ə T
Nəzərinizə çatdırıram ki, " SİFARİŞİN", ədalətsizliyin qurbanı olaraq 2019-cu ilin mart ayında HƏBS etdirildim. 10.06.2021-ci il tarixində azadlığa buraxıldım. Azadlığa buraxıldıqdan sonra 2021-ci ilin iyun-iyul-avqust-sentyabr aylarında dəfələrlə Goranboy RİH-nin başçısı Məhərrəm Quliyevə məni qəbul etməsi barəsində müraciətlər etsəm də, məni qəbul etmirdi.
Möhtərəm Cənab Prezidentə, çox hörmətli 1-ci vitse prezidentə, Ombudsman xanım Səbinə Əliyevaya etdiyim müraciətlərimdən sonra nəhayətki, 16.09.2021-ci il tarixində Cənab Başçının Goranboy RİH-nin inzibati binasında qəbulunda oldum. İki ali təhsilimin olduğunu, həbsdən azadlığa buraxılaraq cəmiyyətimizə adaptasiya olmaq istəyimi, ailəmin maddi durumunun çox zəif olmasını, anamın qeydiyyatda olan şəkərli diabet xəstəsi olmağını, işləməməsini, atamın yaşlı olmasını və heç bir yerdə işləməməsini Cənab Başçının diqqətinə çatdırdım. Mənə bildirdi ki, Goranboy Rayon Təhsil Şöbəsinin müdürü Seymur Nazarova səni bir işlə təmin etməsinə köməklik göstərməsini tapşıracam. Bildirdim ki, Seymur Nazarov 05.08.2021-ci il tarixində Goranboy Rayon Təhsil Şöbəsinə müdür təyin olunub. Mən Seymur Nazarovun bir neçə dəfə məni işlə təmin etməsi ilə bağlı qəbuluna getmişəm, hətta təhsil sənədlərimi, işlə bağlı müraciətimi poçtla rəsmi qaydada da göndərmişəm. Hər dəfə qəbulunda olanda məni işlə təmin edəcəyini bildirərək arxain edirdi. Hətta vatsap nömrəsi ilə mənim vatsap nömrəmə sənə iş verəcəm sözlərini də yazıb göndərib Seymur Nazarov.
Çox təəssüflər olsun ki, Seymur Nazarov məni bu günə kimi işə qəbul etmir, süründürməçilik edərək, müəyyən vədlər verərək məni aldatmışdır. Bu azmış kimi, Goranboy RİH-nin icra başçısı Məhərrəm Quliyev də məni aldatdı.
Seymur Nazarova qəbulunda olarkən və şəxsi vatsap nömrəsinə yazılı olaraq bildirdim ki, həbsdən buraxılmışam, ailəmizdə işləyən yoxdur, çətinlikdəyəm xahiş edirəm mənə köməklik elə işlə təmin olunum. Hər dəfə mənə bildirirdi ki, narahat olma, sənə iş verəcəm. Hətta onu da mənə demişdir ki, biz bir kəntdənik, kəntdçiyik, mən də vaxtı ilə sənin kimi çətin günlər yaşamışam, bunları nəzərə alıb, sənə iş verəcəm işlə.Hətta mənə tapşırıq verdi ki, "iş axtaran" vətəndaş kimi Goranboy rayon Məşğulluq mərkəzinə yaxınlaş qeydiyyata alsınlar səni. Getdim Goranboy rayon Məşğulluq mərkəzinə. 16.08.2021-ci il tarixində qeydiyyata alındım. Mən Seymur Nazarovdan məni müəllim vəzifəsinə işə qəbul etməsini heçvaxt istəmərəm. Ona görəki, müəllim vəzifəsinə işə qəbul Təhsil nazirliyinin təşkil etdiyi" Müəllimlərin İşə Qəbulu" qaydası var, mən bu qaydaları bilirəm. Mən Seymur Nazarovdan ştat işi istəyirdim. Seymur Nazarov məni bu yalanları ilə aldadaraq bu günə kimi hislərimlə oynayır. 36 yaşım var, mən xəstə, işsiz valideynlərimdən bir manat almağa xəcalət çəkirəm, işsizlik məni sıxır, Seymur Nazarov tərəfindən aldanıldığım mənə çox pis təsir edir, belə bir vəzifəli şəxsin hərəkətləri məni İNTİHAR etməyimə gətirib çıxarıb, artıq mən yaşamaq istəmirəm. Mən yaşlı, xəstə, heç bir yerdə işləməyən valideynlərimə maddi, mənəvi dəstək göstərməliyəm, onlardan bir manat almalı deyiləm, bir manatı mən onlara verməliyəm.
QEYD: Goranboy RTŞ-nin müdürü Seymur Nazarovla bağlı orta məktəblərdə vaxtı ilə vəzifə öhdəliklərini yerinə yetirə bilmədikləri üçün bir neçə cəza növü ilə cəzalandırılan direktorları, direktor müavinlərini yüksək vəzifələrə təyin etdiyi üçün və bəzi orta məktəblərdə kadr sahəsində olan saxtakarlıqların qarşısını almadığına görə 20-21-22.09.2021-ci il tarixlərində bir neçə dəyərli saytlar vasitəsilə aidiyyatı qurumlara müraciətlər etmişəm, hələki, etdiyim müraciətlərimə baxılmır.
Çox hörmətli CƏNAB Prezidentim, dəyərli HÜQUQ-MÜHAFİZƏ orqan əməkdaşları, hörmətli rəhbərləri, mənim İNTİHAR etməyimə səbəbkar vəzifəli şəxs, Goranboy Rayon Təhsil Şöbəsinin müdürü Seymur Fazil oğlu Nazarovdu.
İnanıram ki, bu vəzifəli şəxs barəsində tədbir görüləcək mənim o dünyada heç olmasa pozulmuş hüquqlarım bərpa olunacaq, ruhum rahatlıq tapacaq.
Hörmətlə,
Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu
TARİX: 25.09.2021-ci il

Təhsil naziri cənab Emin Əmrullayev Millətin gələcəyi olan təhsilə rəhbərlik etməyi nə səbəbə bilə-bilə " yarıtmaz kadra" etibar edir? Deyək ki, rayonun icra başçısı Rayon Təhsil Şöbəsinə təyin etdiyi kadrı tanımır.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
Surəti : Azərbaycan Respublikasının Təhsil naziri Cənab Emin Əmrullayevə
Surəti : Dəyərli saytlara, hörmətli sayt rəhbərlərinə
Keçmiş müəllim, Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu tərəfindən
Ş İ K A Y Ə T
Uzun illər idi ki, Goranboy rayon təhsilində təhsil qanunları, dövlətimizin qanunları deyil "BAZAR QANUNLARI" hökm sürürdü, ümumtəhsil məktəblərində "kadr təyinatında" və bir neçə məsələlərdə ciddi nöqsanlar, saxtakarlıqlar baş alıb, gedirdi.
05.08.2021-ci il tarixində Goranboy Rayon Təhsil Şöbəsinə ( RTŞ) bu rayonun icra başçısı Cənab Məhərrəm Quliyev özünün dediyinə görə tanımadığı Seymur Nazarovu müdür vəzifəsinə təyin etdi. Böyük ümüdlə yəqin etdik ki, Seymur Nazarov Goranboy rayon təhsil sistemində uğurlu islahatlar apararaq düzgün kadr seçimi edərək, millətin gələcəyi olan təhsilin bu rayonda " BAZAR QANUNLARINDAN" canını qurtaracaq, təhsilimizin, dövlətimizin qanunlarını tətbiq edərək, düzgün kadr seçimi edəcək.
Çox təəssüflər olsun ki, Goranboyda təhsil " YAĞIŞDAN çıxıb YAĞMURA" düşüb.
SUAL- 1. Yol verdiyi nöqsanlara, vəzifə öhdəliklərini yerinə yetirə bilmədiyinə görə məsələsi pedaqoji şurada müzakirə olunaraq barəsində xüsusi qərar qəbul edilərək direktorun təlim-tərbiyə işləri üzrə müavini vəzifəsindən azad edilən kadra yüksək vəzifə verib, DİREKTOR vəzifəsinə təyin etmək olarmı?
SUAL-2. Təhsil nazirliyinin təşkil etdiyi MİQ müsabiqə, müsahibə mərhələlərindən keçməyən, ən azı 03 üç il pedaqoji iş stajı olmayan məktəbdə direktorun təlim-tərbiyyə işləri üzrə müavini vəzifəsində çalışa bilərmi?
SUAL-3. Baza təhsili orta ixtisas təhsilli maliyyə kollecini bitirən ibtidai sinifdə sinif götürüb dərs deyə bilərmi?
SUAL-4. Keçmiş Kənd Təsərrüfatı Akademiyası, indiki Aqrar Universitetini bitirən informatika fənni üzrə "LOBARANT" vəzifəsində çalışa bilərmi?
SUAL-5. Məktəbin təşkilatçı müavini vəzifə öhdəliklərini yerinə yetirə bilmədiyi və yol verdiyi ciddi nöqsanlarına görə rəsmi olaraq TÖHMƏT alıb, məktəb direktorunun etdiyi saxtakarlıqlara, nöqsanlara şərait yaradan belə bir təşkilatçı müavinin vəzifəsini yüksəldib DİREKTOR vəzifəsinə təyin etmək olarmı?
SUAL-6. İxtisası ibtidai sinif müəllimliyi olan kimya fənni üzrə "LOBARANT" vəzifəsində işləyə bilərmi?
SUAL-7. Baza təhsili Neft Akademiyasını və Gəncə Texnologiya Universitetini bitirən ixtisas dəyişmə diplomu ilə ibtidai sinifdə sinif götürüb müəllim işləyə bilərmi?
SUAL-8. BDU-nin "kitabxanaçılıq" ixtisasını bitirən PSİXOLOQ vəzifəsində psixoloqa aid sertifikatla işləyə bilərmi? Sertifikatla orta məktəbdə PSİXOLOQ vəzifəsində işləmək mümkündürsə onda bəzi ali təhsil müəssisələrimiz var ki, PSİXOLOQ ixtisası var, onda bu ixtisaslar ali təhsil müəssisələrimizdə ləğv olunsun, bu ixtisasa qəbulu Dövlət İmtahan Mərkəzi dayandırsın. Sertifikatla orta məktəbdə PSİXOLOQ vəzifəsində çalışmaq qanunidirmi?

Hörmətlə,
Keçmiş müəllim, Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu
TARİX: 29.09.2021-ci il
Əlaqə: 0515581470 və 0704063576


MƏTNDƏKİ QRAMMATİK SƏHVLƏRƏ GÖRƏ REDAKSİYA MƏSULİYYƏT DAŞIMIR!


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 413}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]