realxeber.org

AZƏRBAYCAN BAYRAĞI ORDENLİ ŞƏHİDİMİZ İMAMƏDDİN ABDULLAZADƏ ƏSGƏR OĞLUNUN ANIM GÜNÜ

10-11-2021, 20:07

AZƏRBAYCAN BAYRAĞI ORDENLİ ŞƏHİDİMİZ İMAMƏDDİN ABDULLAZADƏ ƏSGƏR OĞLUNUN ANIM GÜNÜ

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan "Çalmalı" ləqəbli Imam Hüseyn aşiqi İmaməddin Əsgər oğlu Abdullazadə Beyləqan rayonunun Kəbirli kəndinin 19 şəhidindən biri idi. Şəhidimiz 44 günlük vətən müharibəsində qəhrəmancasına şücaət göstərərək kəşfiyyat bölüyündə düşmənin mövqelərini darmadağın edib bir çox rayonların geri qaytarılmasında iştirak edir və yaralanır. İmaməddin yaralı olmağına baxmayaraq yenidən döyüşlərə qatılır və ön cəbhədə gedən qızğın döyüşlərdə peşəkarcasına döyüşür. İmaməddinin Allah sevgisi döyüş yoldaşlarını da ruhlandırır, onlar həvəslə sevinərək Allahu Əkbər deyib Şuşaya doğru yollanırlar.. İmaməddin yaşının kiçikliyinə baxmayaraq hər kəsin sevgisini, hörmətini qazanmış bir övlad idi. Döyüşlərdə də həmçinin şəxsi heyətin rəğbətini qazanaraq etimadını doğrultmuşdu. O, unudulmayan bir döyüşçü olaraq döyüş yoldaşlarının yaddaşlarında əbədi yaşayacaq. İmaməddinin Komandiri son çıxışında "Arzum İmaməddinlə cənnətdə görüşə bilməkdir, bunun Rəbbimdən diləyirəm" demişdir. Bu onun necə nümunəvi və insani keyfiyyətlərinin olduğundan xəbər verirdi. Nur üzlü cənnət qoxulu şəhidimiz məzarın gülüstan, məkanın cənnətdir. Cismin bizlə olmasa da ruhun göylərdə, sevgin qəlblərdə, qəhrəmanlığın xalqının dilində olacaqdır. Şəhidlikdən öncə İmaməddin belə vəsiyyət etmişdir:

"Qəbrimin üstünü daşla örtməyin, Allahın rəhməti hər zaman üzərimə yağsın".

Şəhadətin mübarək igid, qəhrəman və cəsur Allahın əsgəri!

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.


AZƏRBAYCAN BAYRAĞI ORDENLİ ŞƏHİDİMİZ İMAMƏDDİN ABDULLAZADƏ ƏSGƏR OĞLUNUN ANIM GÜNÜ
AZƏRBAYCAN BAYRAĞI ORDENLİ ŞƏHİDİMİZ İMAMƏDDİN ABDULLAZADƏ ƏSGƏR OĞLUNUN ANIM GÜNÜ
AZƏRBAYCAN BAYRAĞI ORDENLİ ŞƏHİDİMİZ İMAMƏDDİN ABDULLAZADƏ ƏSGƏR OĞLUNUN ANIM GÜNÜ
AZƏRBAYCAN BAYRAĞI ORDENLİ ŞƏHİDİMİZ İMAMƏDDİN ABDULLAZADƏ ƏSGƏR OĞLUNUN ANIM GÜNÜ
AZƏRBAYCAN BAYRAĞI ORDENLİ ŞƏHİDİMİZ İMAMƏDDİN ABDULLAZADƏ ƏSGƏR OĞLUNUN ANIM GÜNÜ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 374}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]