realxeber.org

Türkiyənin Qaziantep şəhərində Yusif Cəfərbəylinində iştirak etdiyi “Beynəlxalq zəfər düşərgəsi”

2-11-2021, 22:04

Türkiyənin Qaziantep şəhərində Yusif Cəfərbəylinində iştirak etdiyi “Beynəlxalq zəfər düşərgəsi”

Azərbaycan Respublikasının Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun və Türkiyə Gənclik Vəqfinin (TÜGVA) birgə təşkilatçılığı ilə Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə 19-24 oktyabr 2021-ci il tarixlərində Türkiyənin Qaziantep şəhərində “Beynəlxalq zəfər düşərgəsi” həyata keçirilib. Düşərgənin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qazanılan zəfərin iki ölkənin gəncləri arasında təbliği, qardaş ölkə gənclərinin əməkdaşlığının daha da inkişaf etdirilməsi, hər iki ölkə gəncləri arasında müxtəlif sahələrdə birgə tədbirlər və layihələrin artırılmasıdır. Min nəfərdən çox gəncin müracət etdiyi düşərgəyə cəmi 100 nəfər gənc seçilib. Seçilən gənclər sırasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrı Yusif Cəfərbəyli də yer alıb. Ümumilikdə hər iki ölkədən 100 nəfər olmaqla 200 gəncin iştirakı ilə keçirilən düşərgə müddəti ərzində iştirakçılar iki ölkə gənclərinin ortaq mədəniyyətinin öyrənilməsi, gənclərin hər iki ölkənin tarixi haqqında maarifləndirilməsi ilə əlaqədar Urfa şəhərinə, Qaziantepin müxtəlif tarixi abidələrinə və turizm məkanlarına səfər ediblər. Həmçinin düşərgə müddəti ərzində gənc muğam ifaçısı Yusif Cəfərbəylinin ifasında Azərbaycan milli musiqiləri, muğamları, xalq və bəstəkar mahnılarını ifa etməsi, eyni zamanda kiçik konsert proqramı ilə çıxşı qardaş ölkə gəncləri tərəfindən də böyük sevgi və rəğbətlə qarşılanaraq düşərgə iştirakçılarının yaddaşında xoş xatirələr buraxıb. İştirakçılar, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni abidələri, Mömünə Xatun türbəsi və digər turizm məkanlarına səfər ediblər.

Yusif Cəfərbəyli düşərgə ilə bağlı təəssüratlarını REALXEBER.ORG saytına bölüşüb: “Düşərgə ərzində bir daha gördük ki, biz bir millətin, iki dövlətin nümayəndələriyik. Ortaq dilimiz, tariximiz, mədəniyyətimiz, mətbəximiz vardır. Bütün bunlarla bağlı yaddaqalanları türkiyəli dostlarımızla da bölüşdük. Düşərgənin qazi statusu almış zəfər şəhərində keçirilməsi çox yaxşı bir ideyadır. Onu da deyim ki, mən əslən işğaldan azad olunmuş Laçın rayonunun Sultanlar kəndindənəm. Bu gün Laçında Azərbaycan bayrağı dalğalanır, coğrafi baxımdan çox çətin bir yerdə hava limanı inşa olunur. Bu onu göstərir ki, biz təkcə torpaqlarımızı işğaldan azad etməmişik, həm də o yerləri dirçəldirik. Şuşada, Füzulidə, Xocavənddə olmuşam. Müharibənin başa çatmasından bir il belə ötməmiş ölkə işğaldan azad etdiyi bölgələrdə böyük quruculuq işləri həyata keçirir. Bu onu göstərir ki, bizim həm hərbi, həm də iqtisadi gücümüz vardır. Bütün bunları ölkə Prezidentinin müdrik siyasətinə, şəhidlərimizə, qazilərimizə borcluyuq”.

Türkiyənin Qaziantep şəhərində Yusif Cəfərbəylinində iştirak etdiyi “Beynəlxalq zəfər düşərgəsi”
Türkiyənin Qaziantep şəhərində Yusif Cəfərbəylinində iştirak etdiyi “Beynəlxalq zəfər düşərgəsi”
Türkiyənin Qaziantep şəhərində Yusif Cəfərbəylinində iştirak etdiyi “Beynəlxalq zəfər düşərgəsi”
Türkiyənin Qaziantep şəhərində Yusif Cəfərbəylinində iştirak etdiyi “Beynəlxalq zəfər düşərgəsi”
Türkiyənin Qaziantep şəhərində Yusif Cəfərbəylinində iştirak etdiyi “Beynəlxalq zəfər düşərgəsi”


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 242}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]