realxeber.org

Qənirə Paşayeva Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetindəki Füzuli Mərkəzini ziyarət edib - FOTOLAR

31-10-2021, 20:33

Qənirə Paşayeva Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetindəki Füzuli Mərkəzini ziyarət edib - FOTOLAR

Qənirə Paşayeva Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetindəki Füzuli Mərkəzini ziyarət edib, tələbə və gənclər qarşısında geniş məruzə ilə çıxış edib.

Daşkənddəki Nəvai adına Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində olan Qənirə Paşayeva, bu universitetdəki Füzuli Mərkəzini ziyarət edib, mərkəzin fəaliyyəti ilə yaxından tanış olub, müəllifi olduğu “Addım-addım Özbəkistan” və digər kitabları mərkəzə bağışlayıb.

Mərkəzin zəngin kitab fondu ilə, eksponatlarla, sərgilənən maddi mədəniyyət örnəkləri ilə tanış olub.

Tədbirdə universitetin və Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi iştirak edib.

Qənirə Paşayeva Füzuli Mərkəzi ilə tanışlıqdan sonra universitetdə təhsil alan tələbələr və gənc müəllimlərlə görüşüb, onları maraqlandıran suallara cavab verib, müəllifi olduğu “Addım-addım Özbəkistan” kitabını onlar üçün imzalayıb.

Görüşdə mühüm çağırışlar edən Q.Paşayeva Azərbaycan-Özbəkistan dostluq və qardaşlığının gələcəyinin gənc nəsildən asılı olduğunu xüsusi vurğulayıb:

“Bu gün dövlət başçılarımız əcdadlarımızın ruhunu şad edən, gələcək nəsillərə yol göstərən örnək addımlar atır. Siz gənclər ortaq keçmişimizi dərindən öyrənməli, təbliğ etməli, uğurumuzu bölüşüb çoxaltmalı, kədərimizi bölüşüb azaltmalısız. Azərbaycanlı və digər qardaş ölkə və topluluqlardan olan həmyaşıdlarınızla sıx əməkdaşlığınız ümumtürk maraqlarına cavab verir.

Sizlərə uğurlar arzulayıram”!

Qənirə Paşayeva Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetindəki Füzuli Mərkəzini ziyarət edib - FOTOLAR
Qənirə Paşayeva Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetindəki Füzuli Mərkəzini ziyarət edib - FOTOLAR
Qənirə Paşayeva Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetindəki Füzuli Mərkəzini ziyarət edib - FOTOLAR
Qənirə Paşayeva Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetindəki Füzuli Mərkəzini ziyarət edib - FOTOLAR
Qənirə Paşayeva Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetindəki Füzuli Mərkəzini ziyarət edib - FOTOLAR
Qənirə Paşayeva Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetindəki Füzuli Mərkəzini ziyarət edib - FOTOLAR
Qənirə Paşayeva Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetindəki Füzuli Mərkəzini ziyarət edib - FOTOLAR
Qənirə Paşayeva Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetindəki Füzuli Mərkəzini ziyarət edib - FOTOLAR
Qənirə Paşayeva Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetindəki Füzuli Mərkəzini ziyarət edib - FOTOLAR


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 91}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]