realxeber.org

29 oktyabrın böyük sirri...

28-10-2021, 22:59

29 oktyabrın böyük sirri...

Atatürkün dünyaya mesajı...

29 oktyabr saat 18-00

Dünyanın siyasi xəritəsində yeni bir güc, böyük imperiyanın varisi -Türkiyə Cümhuriyyəti elan edildi. Türkiyə Böyük Millət Məclisi demokratik və müasir bir dövlətin banisi olacaq Mustafa Kamal Paşa Atatürkü yeni Cümhuriyyətin ilk Prezidenti elan etdi. Bütün dünyanın gözü Türkiyədə idi. Britaniya, Amerika, Sovetlər Birliyi, Almaniya, Fransa və digər dövlətlər TBMM-nin iclasını izləmək üçün bütün kəşfiyyatı işə salmış idi. Onların bir istəyi var idi-Atatürk yeni Türkiyənin rəhbəri olmasın. Lakin Türk xalqı seçimini etmiş idi-Türkiyə əmin əllərə Atatürkə tapşırıldı.

Niyə məhz 29 oktyabr və niyə məhz Atatürk...

Türkiyə Cümhuriyyətinin qurulmasının ikinci ildönümündə Atatürkün niyə məhz 29 oktyabr sualına cavabı belə olur.

"1918-ci ilin 30 oktyabrında Türkiyə ilə Antanta arasında Mudros sülh müqaviləsi imzalanıb. Müqaviləyə görə Türkiyə Qafqazdakı qoşunu geri çəkməli oldu və dövlət parçalanmaq təhlükəsi ilə üz üzə qaldı. Mənim o gündən 29 oktyabr 1923-cü ilə qədər çəkdiyim ağrıları və əzabları kimsə bilməzdi. Məhz bu gün, 5 il keçəndən sonra bizi bu müqaviləyə qol çəkməyə məcbur edən dövlətlər gördülər ki, bu məzlum və dünyada o zaman tək qalan bir millətin adıdır. 29 oktyabr o dövlətlərin tarixdən silmək istədikləri xalqın onlardan aldığı qisasdır. Biz iki gün öncə də Cümhuriyyəti elan edə bilərdik, amma məhz 29 oktyabr 1923-cü ildə bunu etməyimiz tarixdə bizi məhv etməyə çalışan dövlətlərin 30 oktyabr Mudros razılaşmasını xatırlayanda bir gün öncə Türkiyə dövlətinin varlığını qəbul etməyə məcbur olacaqlar"

Və niyə məhz Atatürk?

23 avqust 1919-cu il. Ərzurum konqresi gedən proseslərdə İngiltərə elə bilirdi ki, Türkiyəyə diktəni o edir. Lakin həmin gün Atatürk dünyanın diqqətinin bu konqresdə olduğu bir zamanda açıq bəyan edir.

"Zəfərdən sonra mütləq yeni quruluş Cümhuriyyət olacaq "....

Bu açıqlama dərhal Türkiyədə olan ingilis admiralı de Robeck tərəfindən Londona məlumat verilir " bu türk Paşasının niyyəti Anadolu Cümhuriyyəti qurmaqdır"..
Bütün dünyanın Türkiyənin yeni rəhbərinin başqa adam olacağı barədə planları pozulur. Türkiyənin yeni Lideri və Cümhuriyyəti qorxmadan quracıq deyən Atatürkü qarşılarında görürlər...

Və böyük bir şəcərənin nümayəndəsi, türk xalqının xeyir duasını alan Atatürk 29 oktyabr 1923-cü ildə dünyanın siyasi xəritəsində qırmızı rəngə boyanan Türkiyənin Cümhuriyyətinin elan edilməsinin səbəbkarı və ilk Prezidenti olur.

Yaşa Türkiyə...

Zaur Əliyev, dosent


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 96}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]