realxeber.org

"Araz" supermarketlər şəbəkəsində satılan yarasız "Moloçnaya kapelka" şirkətinin məhsulları

25-08-2021, 17:06

"Araz" supermarketlər şəbəkəsində satılan yarasız "Moloçnaya kapelka" şirkətinin məhsulları

Ölkədə günü gündən artan iri market şəbəkələri həqiqətəndə alış veriş işimizi asanlaşdırır. Bir supermaketə daxıl olmaqla hər bir istədiyimiz məhsulu alıb evə gələ bilirik. Bu həm vaxtımıza, həm dükan dükan gəzməyimizə qənaətdir. Hər bir halda təqdirə layiqdir.

Şəhərimizin demək olar ki, hər yerində açılan bu supermarketlər bir biri ilə rəqabətə girərək yüksək alıcı kütləsini cəlb etmək üçün müxtəlif kampaniyalar, endirimlər, bonus kartları icad edirlər. Hər vəchlə müştəri cəlbi ilə məşğuldurlar.


Biz müştərilərdə bu supermarketlərə daxil olarkən hərəmiz bir “araba” götürərək gözümüzə oxşayan və cibimizə uyğun malları “arabaya” doldururuq. Sosial şəbəkələrdə vətəndaşların piştaxtadakı qiymətlərlə kassaya vurulan qiymətlərin fərqli olması haqda çox şikayətlərə, faktlara rast gəlmişik. Bu ayrıca mövzu...

Bu yazımızda “Araz” supermarketlər şəbəkəsində rastlaşdığımız bir xoşagəlməz haldan bəhs edəcəyik. Belə ki, 22.08.2021-ci il tarixində saat 21:13 radələrində Xırdalan şəhəri təzə bazar ərazisindəki “Araz” marketindən bazarlıq edərkən alımış "Moloçnaya kapelka" qaymaqlı şorunun istehsal və son müddət tarixi yaralı olsada, alınıb evdə açıldıqdan sonra üzərində yaranmış kif görsənib. Müddətinin yerində olması, yəni istehsal tarıxı 11.08.2021 il, son istifadə müddəti 01.09.2021 olmasına baxmayaraq, soyuducudan götürülmüş məhsulun (qeyd edək ki, məhsul şəffaf deyil, ag rəngdə daxili görsənməyən qablarda istehsal olunur. Müəllif) içinin kif atması müştəridə qatqıların keyfiyyətsiz olması, vaxtı bitən məhsulun tarixinin dəyişdirilməsi və s. kimi fikirlər formalaşdırır.

Bu hadisə ilə bağlı “Araz” supermarketlər şəbəkəsinin facebook səhifəsinə müraciət olundu. 1 gündən sonra əlaqə saxladılar ki, üzrlü sayın bir daha olmaz. Gətirin şoru dəyişək. Qiyməti 2.15 qəpik olan şorun dəyişdirilməsinin mahiyyəti o qədər də vacib olmasa da, “Araz” supermaketlər şəbəkəsinə bunu bildirməyin məqsədi belə halların bu şəbəkə ilə tez tez rastlaşmağımızdır. Hər dəfə məhsulun qiymətinin bir böyük mahiyyətinin olmaması onu tullayıb sabah başqasını almağımız ilə bitir.

Amma "Moloçnaya kapelka" adlı bir şirkətə məxsus məhsulun belə halda “Araz” supermarketlər magazasının piştaxtasında olması biz vətəndaşların səhlənkarlığından, “qulaq ardına” vurmamızdan irəli gəlir.

İşin vacib tərəfi odur ki, bu yarasız geyim və ya məişət əşyası olsaydı həqiqətəndə “lənət şeytana” deyib keçmək olardı. İş qida məhsullarına gələndə isə, bu tam ciddi məsələdir və bu yolda cox ciddi yoxlamalar və nəzarət olmalıdır. “COVİD 19” virusu ilə “əlləşən” camaatıda belə keyfiyyətsiz və nəzarətsiz qida məhsulları ilə aldatmağa və onları belə irili xırdalı marketlərdə satmağa heç kimə ixtiyar veriıməyib!

Qarşı tərəf kimi “Araz”supermarketlər şəbəkəsinin fikrini öyrəndikdə “Araz” Xırdalan filialının müdiri Sakit müəllim gunahın məhsulun istehsalçısı olan "Moloçnaya kapelka” şirkətinində olduğunu bildirdi.

"Moloçnaya kapelka" şirkətinin satış müdiri və istehsalata nəzarət müdirləri görüşdə bildirdilər ki, sən demə gunah qaymaqlı şorun üzərinə vurulmuş qara çörək otunda imiş. Əməkdaşlarımız bildirdikdə ki, fərq eləməz, bu keyfiyyətsizlik nədəndir, istər çörək otundan, istərsə də istifadə olunan hər hansı bir məhsuldan, yenədə bildirdilər şor dadlıdır və yeməlidir.

Həmin məhsulun şəklini və alış çekini sizlərə təqdim edirik.

Qarşı tərəf kimi məqalədə adları çəkilən tərəflərin fikirlərinidə ictimailəşdirməyə hazırıq.

"Araz" supermarketlər şəbəkəsində satılan yarasız "Moloçnaya kapelka" şirkətinin məhsulları
"Araz" supermarketlər şəbəkəsində satılan yarasız "Moloçnaya kapelka" şirkətinin məhsulları
"Araz" supermarketlər şəbəkəsində satılan yarasız "Moloçnaya kapelka" şirkətinin məhsulları

Zaur Qafarov


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 635}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
İctimai əlaqələr şöbəsinin müdiri: Firəngiz Əkbərova
(+99470) 269 06 36
Email: [email protected]