realxeber.org

Qazanılmış Həyasızlıq Sindromu: və ya Cəmil Quliyevin qarnının ağrısı nədi?

15-08-2021, 22:03

Qazanılmış Həyasızlıq Sindromu: və ya Cəmil Quliyevin qarnının ağrısı nədi?

İndi dəbdə ən çox iki peşə var – müğənni və jurnalist. Oxuya bilir və ya oxuya bilmir, nə fərqi varmış ki? Təki adı çıxsın.

Mən adını jurnalist qoyan və cibində «Redaktor», şöbə müdiri, «müxbir» vəsiqələrini gəzdirən elə adamlar tanıyıram ki, öz tərcümeyi-halında və yaxud bir ərizədə neçə səhvə yol verir, məqalə nədir, oçerk, zarisovka, feyleton, novella, hekayə, xəbər nədir bilmir, kəmsavad və ruslar demiş «tupoy»dur, bir sözlə, jurnalistika məsələlərindən başı çıxmır. Di gəl ki, iddiası «göynən gedir», dolanışığı superdir, əsil jurnalistləri bəyənmir, həyasızlığı da ki, öz yerində…

Belələri jurnalistlərin adına qara ləkədir, onlara xəcalət gətirir. Kaş belə «jurnalistlər» bircə qırıq utana bilələr, adam deyə ki, ayıbdır, bizi biabır etməyin! Şirməmməd Hüseynov kimi halal və qürurlu jurnalistlərimizdən ibrət götürün, yaltaq və tamahkarlığınıza görə yerə girin, qızarın, tər tökün! Amma…çifayda! İllərdir bunların əlindən bezar idik onsuz da. Bir kafedə çay içəndə, bərbərdə saçımızı düzəltdirəndə, rayona istirahətə gedəndə…jurnalist olduğumuzu bilən kimi sillə kimi gələn cavablardan usanmışdıq.

“O gün sizin bir iş yoldaşınız(!) gəlmişdi, filan qədər aldı, getdi”. Və ya “sizin həmkarınız filankəsi şantaj edib pulunu aldı”. İzah edirdin etməsinə, amma hər dəfə əsəb keçirmək zorunda qalırıq. Amma çox maraqlı nüans nədir, bilirsizmi? İllərdir “reket jurnalistika ilə mübarizə” deyib bar-bar bağıran qurumlar niyə hələ də uğur qazanmayıblar? Axı bu, iki vur iki qədər sadədir. Adlarını, yerləşdikləri ünvanı bilirsiz, əlinizdə də minlərlə vətəndaş şikayəti. Niyə “tut” əmri verilmir?

“Oraq və çəkic”, “Hüququn işığında”tipli qəzetlərin mövcudluğunun mahiyyəti göz qabağındadırsa, proses niyə başlamır? Ən azından onları bu binadan kürümək olmazmı? İbrəti-aləm olsun deyə… O otaqları boşaldıb, sonra oraları bir dezinfeksiya edib, normal media qurumlarına aşağı qiymətlərlə kirayəyə vermək niyə bu qədər çətindir? Nəşriyyatı onların əlindən azad edin, media adına normal bir məkan yaradın, bunlardan, bu ünsürlərdən uzaq bir məkan…

Beş-on il bundan əvvəl bəzi şəxslər jurnalistikanın adından istifadə edərək, idarə və müəssisələri, ayrı-ayrı vətəndaşları, o cümlədən məmurları şantaj edir, təzyiq göstərir, qarşılığında maddi yardım alırdılar. İndi məsələnin xarakteri yalnız bu deyil. Jurnalistikaya süni şəkildə gətirilmiş insanların məqsəd və məramlarında ciddi dəyişikliklər özünü göstərir. Düzdür, klassik məqam da var. Yəni, “reket jurnalistlər” bu “fəaliyyəti” “biznes layihəyə”, qanunlar prizmasından baxsaq cinayət əməlinə çeviriblər. Kimin kimdən haqq-hesabı, kin-küdurəti, qisası varsa, tez özünə bir internet resursu yaradır, hədəfə aldığı insanlar barədə şər-böhtan, qərəz dolu məlumatlar ictimailəşdirir, şantaj edir, qorxudaraq öz məqsədinə nail olmağa çalışır. Bu, klassik formadır. Amma indi bu “reket jurnalistlər”dən Azərbaycan dövlətinə və ölkəmizə təzyiq göstərmək üçün istifadə edirlər. Çünki getdikləri yol, yol deyil…

Məsələn, özünü gah blogger, gah iş adamı, gah “Postnews.az” agentliyinin işçisi kimi qələmə verən Cəmil Quliyev. Bu adam nəinki reket jurnalistikasının klassik nümunəsidir, əksinə, bir qədər də irəli gedərək dövlət qurumlarını belə şantajla məşğuldu.

Bir az əvvəl BTB bankın məsul işçisi olan Cavid Zeynalova böhtan atıb. Bir dəfə deyir ki guya İlqar Qafarov adlı polis işçisi inzivati həbs olunduğu zaman onu döyüb. Nədən ki, yenə də qeyd edirik-guya bu polis işçisi hansısa gecə klubundan sərxoş çıxanda həmən bu Cəmil Quliyev onu çəkib. Sosial şəbəkələrdə ictimailəşdirib. Məhz elə buna görə Qafarov yanıqlı imiş. Axı, Cəmil Quliyev deyir ki, sahibkaram. Sahibkar gecə klubuna gedib gələni niyə çəkib sosiallaşdırmalıdı?

Burda quyruğu ələ verir Cəmil. Adam, ay sahibkar, sən gecə klubunun qabağında durub adamları niyə çəkirsən? Məqsədin nədi?

Demək, adam klassik reketdi. Özü öz hərəkətləriylə bunu deyir. Bu reket 9-cu Polis Bölməsinin rəisi İlqar Qafarovu şantaj edib, sonradan da videomüraciətdə Vilayət Eyvazovdan kömək istəyir. Bu artıq həyasızlığın son həddidi. Necə deyərlər, adamda bir həya gərəkdi.

Çox güman ki bu zavalı da kimlərinsə əlində alətdir, maşadır. Amma bu tip adamlara qarşı mütləq və mütləq sərt addımlar atılmalıdı. Bu kimi pisliklərin sonunu tezləşdirmək lazımdı.

Bu üzədəniraq “bloger-jurnalist” barəsində isə araşdırmalarımıız davam edəcək. Bu adamın şantajına məruz qalanlara saytımızda yer verməyə hazırıq.

Aqil

İdeologiya.az


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 84}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
İctimai əlaqələr şöbəsinin müdiri: Firəngiz Əkbərova
(+99470) 269 06 36
Email: [email protected]