realxeber.org

İMİŞLİ RAYONUN MƏRKƏZİNDƏN KEÇƏN BETON SU KANALIN BƏRBAD VƏZİYYƏTİ -AİDİYYATLI QURUMLAR HARA BAXIR?

8-08-2021, 00:09

İMİŞLİ RAYONUN MƏRKƏZİNDƏN KEÇƏN BETON SU KANALIN BƏRBAD VƏZİYYƏTİ -AİDİYYATLI QURUMLAR HARA BAXIR?

Bu kadrlar İmişli rayonun mərkəzindən keçən əhalinin həyətyanı sahələrini suvara bilmələri üçün su aparan beton kanalındandır. İmişli rayon Suvarma Sistemləri İdarəsinin balansında olan bu kanalın vəziyyəti o qədər acınacaqlıdır ki, buradan istifadə etmək ölümə razılaşmaq deməkdir. Baxımsız qalan kanalada ölmüş it, pişik, toyuq leşlərinə də rast gəlmək olur. Vaxtı ilə beton kanalın ərazisi sahibkarlara satıldlğı üçün kanalın üzərində aparılan tikinti işlərinə görə burada təmizləmə işləri aparmaq mümkün deyil. İnsafən bir neçə ay əvvəl İmişli rayon Suvarma Sistemləri İdarəsi tərəfindən 4,5 km ərazidə təmizləmə işləri aparıldı, amma tam aparılmadığı üçün yenidən kanal əvvəlki bərbad vəziyyətin aldı.

Kadrlardan da görünür ki bu kanal yoluxucu xəstəliklər mənbəyindən başqa bir şey deyil. Bəs görəsən, İmişli şəhər əhalisi həyət yanı sahələrini necə suvarmalıdır? Bu işə cavabdeh olanlar nə düşünür?




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 323}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
İctimai əlaqələr şöbəsinin müdiri: Firəngiz Əkbərova
(+99470) 269 06 36
Email: [email protected]