realxeber.org

İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Prezidentimizin etimadını necə doğruldur?!

31-07-2021, 13:28

İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Prezidentimizin etimadını  necə doğruldur?!

İmişli rayonun icra hakimiyyətinin başçısı baxımından bəxti nədənsə heç gətirmir.

Hazırda həbsdə olan sabiq icra başçısı V.Hacıyev rayonu 1-ci müavini Səfa Ağayevin, Ərazi idarəetmə şöbəsinin müdiri Mirzə Quliyevin, hüquq şöbəsinin müdiri Rahib Zahidovun, Humanitar işləri üzrə müavin Təranə Cabbarovanın, Memarlıq və tikinti şöbəsinin müdiri Nazim Xəlilovun, Baş mühasib (yırtıcı rayon büdcəsin tarimar edən) Cəmil Musayevin və digər müavini Hüseyn İbrahimovun Dost xidmətinin İmişli rayon şöbəsinin sabiq müdiri Dilqəm Quliyevin (Dilqəm Mirzənin kiçik qardaşıdır) və digər idarə və müəssisə rəhbərlərinin köməyi ilə viran etdi və cəzasını alır.

Bəs yeni təyin olunan İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Prezidentimizin etimadını necə doğruldur? Birinci növbədə o, qanunsuz olaraq qardaşı Şamil Rzayevi özünə köməkçi təyin edib, bacısı oğlu Hafis isə sürücüsüdür (bacısı oğlu olduğunu deyirlər). Elə qanunsuzluq buradan başlayır. İmişlidə etibarlı və ya bacarıqlı gənc kadır yoxdur ki, E.Rzayev qardaşından köməkçi kimi istifadə edir?! Var, amma ona Şamil lazımdır ki, qardaşını satmasın.

Amma, el məsəli var ki, meymun batanda balasınıda ayağının altına alır. Nə isə, keçək Rzayevin iş fəaliyyətinə...

Bu bir illik fəaliyyətində İmişli rayonu üçün gördüyü iş tək ŞƏHİDLƏR XİYABANIdır. Deyilənə görə onu da ORİON-E-nin rəhbəri Şükür Astanov şəxsi vəsaiti hesabına ərsəyə gətirib. Cənab Astanov rayonda yox idi deyə xiyaban da işlər yarımçıq qalmışdı. Astanovun yenidən rayona dönüşü ilə işlərə yenidən başlanıb. Başçının işi isə gündəlik günün ikinci yarsında Şəhidlər xiyabanında olub, guya görülən işlərə nəzarət edirmiş kimi görüntü yaratmaqdan ibarət imiş. Heç E.Rzayevə ətrafındakılardan sual verən var ki, bəs Şəhidlər xiyabanının tikintisinə ayrılan vəsait hara sərf edildi? Yox, deyə bilməzlər, çünkü E.Rzayev yeni təyinatla gəlib məmurları tək-tək tanışlıq məqsədilə qəbul edən də başçıya xoş getsin deyə məmurların çox hissəsi bir-birlərini satıblar, necə ki, V.Hacıyevin üzünə durdular. Amma onuda deyim ki, çoxusu V.Hacıyeyin çörəyilə kişi olub özlərinə şərait qurmuşdular. Amma özlərini elə aparırlar ki, guya bunlarlıq bir iş yoxdur.

Unutmamalıyıq ki, elin gözü tərəzidir, nəyin necə olduğunu hamı görür. Bir sözlə bu gün Elçin Rzayevin İmişli rayonundakı fəaliyyəti sıfıra bərabərdir. Bundan başqa İmişli rayonunda İctimai iştirakçılıq haqqında AZƏRBAYCAN RESPUBLİKASI qanununun tələbləri digər Azərbaycan Respublikasının qanunlarının tələbləri kimi kobudcasına pozulur. Bu qanunun AZƏRBAYCAN RESPUBLİKASI Konistitusiyasının 94-cü maddəsinin l hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının dövlət idarəetməsinin həyata keçrilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

Bəs görəsən bu qanundan irəli gələn dövlət qanunları İmişli rayon icra hakimiyyətinin başçısı Elçin Rzayev və onun ətrafındakılar tərəfindən necə tənzimlənir?

Qarşı tərəf kimi məqalədə adları şəkilən şəxslərin mövqeyini dərc eləməyə hazırıq.

Mövzuya qayıdacağıq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 789}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
İctimai əlaqələr şöbəsinin müdiri: Firəngiz Əkbərova
(+99470) 269 06 36
Email: [email protected]