realxeber.org

“Azərsu” ASC-nin bu idarəsində RƏZALƏT – Rəşad Həsənov iki xanım işçini XƏSTƏXANALIQ ETDİ

30-07-2021, 15:56

“Azərsu” ASC-nin bu idarəsində RƏZALƏT – Rəşad Həsənov iki xanım işçini XƏSTƏXANALIQ ETDİ

“Azərsu” ASC və onun regional idarələrində baş verən haqsızlıq və özbaşınalıq Azərbaycan Respublikasında yaşayan hər bir vətəndaşı ciddi narahat etməkdə davam edir.

REALXEBER.ORG KAİM.az-a istinadən xəbər verir ki, suyun qiymətinin kəskin artımına xalqın qəzəbi soyumamış ortaya çıxan digər neqativ tərkibli hallar cəmiyyətdə “Azərsu” ASC-ə qarşı danılmaz kin və nifrət yaradır. Regionları susuz qoyan, yaxud, fasilələrlə su verərək əhaliyə zülm edən “Azərsu” ASC və onun bəzi regional idarələri öz işçi kollektivinə belə etik davranış normaları çərçivəsində davranmır.

KAİM.az-ın əməkdaşı su ilə bağlı problemin aradan qaldırılmasını tələb etmək məqsədilə Abşeron rayon Sukanal İdarəsinə gedib. Jurnalist bu zaman heç xoşa gəlməyəcək mənzərə ilə qarşılaşıb.

Belə ki, Abşeron rayon Su Kanal İdarəsinin xanım əməkdaşları Ulduz xanım və Kamalə xanım həmin idarənin özündənrazı rəis müavini Rəşad Həsənovun ağır təhqirlərinə məruz qalıb. Vəzifədən sui-istifadə halının ifrat dərəcəsinə varan Rəşad Həsənov xanım əməkdaşları təhdid etməkdən belə çəkinməyib.

Cəmiyyət içində ağır təhqir və təhdidlərə məruz qalan xanımlar psixoloji travma keçiriblər və halları pisləşib. Hadisə yerinə Abşeron rayon Təcili və Təxirə Salınmaz Tibbi Xidmət idarəsinin işçiləri cəlb olunublar.

Baş verən rəzalət ilə bağlı daha dərin araşdırma apardığımız zaman neqativ tərkibli hadisələrin daha öncə də baş verdiyini və Abşeron rayon Sukanal idarəsinin işçi kollektivinin “GESTAPO” rejimində idarə edildiyini öyrəndik.

Rəşad Həsənov “Azərsu” ASC-nin həvalə edildiyi Köçərli Həsənovun yaxın qohumu olduğunu və onun bu günlərdə “Azərsu” ASC-ə rəhbər təyin olunacağını deyib, idarə operatorlarına və digər işçilərə olan davranışlarını daha da qəddarlaşdırır.

İşçilərin maaşından hər ay müəyyən miqdar mənimsənilir, işçilərin şənbə və bazar günlərində belə istirahətinə izn verilmir.

Qeyd edək ki, yuxarıda bəhs etdiyimiz hadisə sadəcə adıçəkilən iki xanım işçinin başına gəlməyib. Digər işçilərdə Abşeron rayon Sukanal İdarəsinin rəis müavini Rəşad Həsənovun ağır təhqirlərinə, etik olmayan normadankənar davranışlarına məruz qalır.

Qarşı tərəfin mövqeyini hadisə ilə bağlı səbrsizliklə açıqlama gözləyən auditoriyanın nəzərinə çatdırmağa hazırıq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 298}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
İctimai əlaqələr şöbəsinin müdiri: Firəngiz Əkbərova
(+99470) 269 06 36
Email: [email protected]