realxeber.org

İmişli rayonunda su qıtlığı - Su axın sahələrinə yox, balıq göllərinə axıdılır!

28-07-2021, 22:55

İmişli rayonunda su qıtlığı - Su axın sahələrinə yox, balıq göllərinə axıdılır!

Bu gün İmişli rayonunda əhali su problemilə üzləşib. Buna səbəb İmişli rayon Suvarma Sistemləri idarəsinin rəisi Nizami Sabir oğlu Məmmədovun işini günün tələbinə uyğun qura bilməməsindən irəli gəlir. Dugər tərəfdən isə İmişli rayon Bəhrəmtəpə Hidroqovşağı İstismarı İdarəsinin müdiri Mirqoca Mirişovun öz kreslosunu qorumaq üçün Nehrəmli Hacı İbrahimə, Naxçıvanlı İsfəndiyara və özunə məxsus əkin sahələrini suvarmaq üçün İmişlinin kəndlərinə verilməli olan suyu yeni Araz qolu deyilən beton kanal vasitəsi ilə yuxarıda adları çəkdiyim insanların əkin sahələrinə ötürülür. Nəticədə isə əhali su qıtlığından əziyyət çəkir, min bir əziyyətlə əkdiyi məhsulunu suvara bilmir. Bundan başqa REALXEBER.ORG-un əldə etdiyi məlumata görə rayonun Murzallı kəndində də su çatışmamazlığı olmasına baxmayaraq, su əkin sahələrinə yox balıq göllərinə axıdılır. Bəzi kəndlərdə isə su texnikləri ilə sudan istifadəçi arasında əl-əli, əldə-üzü yuyar pirinsipi ilə əkin sahələrini suvara bilmək olar. Bunun üçün mütləq su texniklərini görməlisən, yoxsa əkin sahən məhv olacaq. Bizdə olan məlumata görə su probleminin aradan qaldırılması üçün İmişli rayon İcra hakmiyyətinin başçısı cənab Elçin Rzayevdə səy göstərsədə bir nəticə əldə edə bilməyib.

Elə Mirqoca və Nizaminin işbirliyi nəticəsində əhali sudan əziyyət çəkir. Bir vaxtlar suya cavabdehlər deyirdilər ki, ermənilər suyun qabağın kəsib ona görədə su qıtlığı yaranır. Ali baş komandanmızın səyi nəticəsində həmin ərazilər işğaldan azad olundu. Bəs indi suyun qarşısını kim kəsir?

Mövzuya qayıdacağıq.

İmişli rayonunda su qıtlığı - Su axın sahələrinə yox, balıq göllərinə axıdılır!
İmişli rayonunda su qıtlığı - Su axın sahələrinə yox, balıq göllərinə axıdılır!
İmişli rayonunda su qıtlığı - Su axın sahələrinə yox, balıq göllərinə axıdılır!


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 348}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
İctimai əlaqələr şöbəsinin müdiri: Firəngiz Əkbərova
(+99470) 269 06 36
Email: [email protected]