realxeber.org

“Proqress-2016” MTK-nın sahibi Emil Səməndərovun "sərgüzəştlər"i davam edir - VIDEO

8-09-2021, 13:59

“Proqress-2016” MTK-nın sahibi Emil Səməndərovun "sərgüzəştlər"i davam edir - VIDEO
03 dekabr 2020 il tarixdə saytımız tərəfindən ““Proqress-2016” bir mənzili bir neçə adama sataraq, yüzlərlə vətəndaşı aldadıb” məqaləsi işıq üzü görmüşdür.

Həmin məqalədə adı çəkilən MTK-nın sahibi olmuş Emil Səməndərovun bu cür hərəkətlərinə görə Şirvan və Sumqayıt şəhər məhkəmələrində, Bakının Sabunçu, Binəqədi və digər rayon məhkəmələrində dələduzluq işləri üzrə bir neçə maddələrlə təqsirli bilinməsinə dair hökm və qərarların çıxdıqları haqda məlumatları vermişik.

Həmin məqalədə “Proqress-2016” MTK-nın sahibi Emil Səməndərovun binanın tikintisini başa çatdırmadan 1000-dən çox insana mənzilləri yenidən satmış olması qeyd edilmişdir. Aldadılmış sakinlərin öz halal pullarına aldıqları mənzilləri görmək üçün binaya gedərkən Emil Səməndərov və onun adamları tərəfindən hədə-qorxu gəlinməklə, şantaj edilməklə və müxtəlif yollarla susdurulmaları həmin məqalədə öz əksini tapmışdır.
“Proqress-2016” MTK-nın sahibi Emil Səməndərovun "sərgüzəştlər"i davam edir - VIDEO
“Proqress-2016” MTK-nın sahibi Emil Səməndərov həmin şəxslər qarşısında iddia edirdi ki, bu qanunsuz hərəkətlərinə görə heç kəs ona qarşı qanuni ölçü götürə bilməz, çünki onun arxasında yüksək vəzifəli şəxslər dayanmışdılar və onlar onu qorumuşdular.

Emil Səməndərov respublikanın dövlət və hüquq mühafizə orqanlarında yüksək vəzifələrində çalışmış hörmətli şəxslərin adlarını belə çəkinmədən çəkirdi. “Proqress-2016” bir mənzili bir neçə adama sataraq, yüzlərlə vətəndaşı aldadıb” məqaləsində biz bir neçə vətəndaşların aldadıldıqları barədə qeyd etmişik.

Bugünki məqaləmizdə Xəlilov Samir Sarı oğlunun, Məmmədova Nərmin Afdandil qızının, Məmmədrəhimov Bəşarət İxtiyar oğlunun, Abdullayev Namiq Sədi oğlunun, Novruzova Vətəngül Nəsirulla qızının, Məsimov Səyyar Ələkbər oğlunun, Əliyev Əlisəfa Hüseyn oğlunun, Mustafayev Samir İsax oğlunun, Kəlbəliyev Sənan Məhəmməd oğlunun, Ələkbərov Natiq Rəsul oğlunun, Cavadov Kamal Cavad oğlunun, Kazımov Orxan Elxan oğlunun hər birinin külli miqdarlarda pullarını mənimsəmiş olaraq onlara məxsus mənzillərin digər şəxslərə satıldığı da məlum olmuşdur.
“Proqress-2016” MTK-nın sahibi Emil Səməndərovun "sərgüzəştlər"i davam edir - VIDEO
Hətta Emil Səməndərov tamah niyyətilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətilə özünü yalandan “Fateh 2012” MMC-nin rəhbəri kimi təqdim edib nağdsız qaydada satdığı malın dəyərini 26 iş günü müddətindən gec olmamaq şərti ilə satıcıya ödəmək öhdəliyini öz üzərinə götürüb, aldatmaqla “Tikmat” MMC ilə bağladığı 01 avqust 2015-ci il tarixdə TM-101 nömrəli alqı-satqı müqaviləsinə görə bir çox sement istehsal edən tanınmış markalar olan şirkətlərin minlərlə sement kisələrini ələ keçirərək Məmmədov Kamal Əli oğluna, Məhərrəmov Ayaz Firdovsi oğluna, Cəfərov Əli Qafar oğluna maddi ziyanlar vurmuşdur.

Bu səbəblərdən “Proqress 2016” MTK-nın sahibi olan Emil Səməndərov 2018 ilin iyul ayında Binəqədi rayon məhkəməsinin (hakimi Vüqar Məmmədov) iş №1(001)-185/2018 saylı hökmü ilə Azərbaycan Respublikasınının Cinayət məcəlləsinin 178.2.2. və 178.2.4. maddələrilə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir.

AR CM-in 69.4.-cu maddəsinə görə onun 14 iyun 2017-ci il tarixindən 15 iyul 2017-ci il tarixə qədər saxlandığı 1 (bir) gün müddət alınaraq ona təyin edilmiş cəzanın məbləği azaldılaraq üzərində 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılmışdı. Emil Səməndərovun barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri Hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdı.

Yuxarıda qeyd edilən Binəqədi rayon məhkəməsinin hökmünə diqqət yetirdikdə Emil Səməndərovun digər cinayətləri də üzə çıxır. Necə ki, Emil Səməndərov Nərimanov rayon məhkəməsinin 26 aprel 2016 il tarixli Hökmü ilə AR CM-in 178.2.4. maddəsi, AR CM-in 69.4.-cü maddəsinin tətbiqi ilə 3000 (üç min) manat miqdarında cərimə edilmişdi.

Halbuki məhkəmə artıq dəfələrlə məhkum edilən Emil Səməndərov barədə həbs qəti imkan tədbiri seçməli, həmçinin azadlıqdan məhrum etmə cəzası verməli olduğu halda nədənsə bu qanunları “görməzdən” gəlmişdi.
“Proqress-2016” MTK-nın sahibi Emil Səməndərovun "sərgüzəştlər"i davam edir - VIDEO
Bizim sayt bütün müraciətlərlə əlaqədar toplanan sənədləri məktublara qoşmada əlavə etməklə ölkə prezidenti cənab İlham Əliyevə, I vitse-prezident Mehriban xanım Əliyevaya, Baş Prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizlik Xiidmətnin rəhbəri Əli Nağıyev və digər dövlət orqanlarına, həmçinin hüquq mühafizə orqanlarına göndərəcək.

Araşdırmalarımız davam edir.

Yaxın günlərdə şikayətçilərin ölkə prezidenti cənab İlham Əliyevə, I vitse-prezident Mehriban xanım Əliyevaya, Baş Prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizlik Xiidmətnin rəhbəri Əli Nağıyev və digər dövlət orqanlarına video müraciətin yayımlamağa çalışsacağıq.

Abdulla Əfəndizadə,

Hüquq məsələləri üzrə müavin

P.S. Emil Səməndərov “MillətinSəsi.İnfo” saytının baş redaktoru ilə görüşmək üçün zəng vurmuş, 07 dekabr 2020 il tarixdə görüşməyi razılaşdırılmışdır, amma...

Hər zaman maraqlı olmuşuq ki, qarşı tərəf kimi Emil Səməndərov onun barəsində yazılanların, deyilənləri hansı arqumentləri gətirərək təkzib verəcəyin səbirsiliklə və anlayışla gözləyirik . Lakin Emil Səməndərov dəfələrlə Baş redaktora zəng vuraraq redaksiyamıza gəlib görüşmək istəyini bildirsədə, sonda isə o redaksiyamıza gəlməmiş, nə də münasibətini bizə yazılı formada göndərməmişdir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 400}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
İctimai əlaqələr şöbəsinin müdiri: Firəngiz Əkbərova
(+99470) 269 06 36
Email: [email protected]