“Bu oğlan kimdir, səhnədə mənə söz atır?” – Fəxrəddin Manafovun həyat yoldaşı vəfat etdi

Oxunma sayı: 447
3-03-2021, 13:47

“Bu oğlan kimdir, səhnədə mənə söz atır?” – Fəxrəddin Manafovun həyat yoldaşı vəfat etdi

Azərbaycanın Xalq artisti, teatr və kinoaktyoru Fəxrəddin Manafovun həyat yoldaşı Vahidə Sadıqova vəfat edib. Bu barədə teleaparıcı Hacı Nuran Hüseynov İnstagram hesabında məlumat paylaşıb.

Xalq artisti Fəxrəddin Manafov həyat yoldaşını hər zaman mətbuatdan uzaq tuturdu. Bu məsələdə ən mühafizəkar aktyorlardan biri idi. O, heç zaman həyat yoldaşı Vahidə Sadıqova ilə birlikdə görüntülənməyib.

Sfera.az –ın məlumatına görə, Vahidə xanım uzun illər Azərbaycan Dövlət Televiziyasında diktor işləyib. Onun Fəxrəddin Manafovla tanışlığı oxuduğu illərə təsadüf edib. Vahidə xanımın xatirələrini təqdim edirik:

“1979-cu ildə instituta təzə girdiyim vaxt Fəxrəddinlə tanış olduq. 1987-ci ildə isə evləndik. Uzun müddətdən sonra evlənmə səbəbimiz yəqin ki, hisslərimizi sınamağımız olub. Hətta biz evlənəndə inanmırdıq ki, bu qədər uzun çəkəcək, bir-birimizlə qalacağıq. Yalançı çıxmamaq üçün toy da etmədik. Onun da, mənim də qohumlarım şoka düşdülər. Sonra necə oldusa, evliliyimiz daimi oldu. Halbuki əvvəldən düşünürdüm ki, ərə getməyəcəm. Fəxrəddin də evlilik məsələlərinə soyuq baxırdı”.

Cütlük tədris teatrında tanış olub:

“Mən səhnədə idim, Vaqif İbrahimoğlunun məşqində. Zal qaranlıq idi, mən də səhnədə məşq edirdim. Birdən eşitdim ki, kimsə zaldan mənə söz atır. Mən qəzəbləndim ki, bu kimdir? Amma ədayla, nazla əhəmiyyət vermədim, nə dedi-demədi öz işimdə idim. Sabahısı gün yenə məşq idi, gördüm ki, həmin söz atan oğlan səhnədə qeyri-adi geyimlə mənimlə birgə durmuşdu. Geyimi hardasa Adəmi xatırladırdı və baş rolda idi, məşq edirdi. Amma canlı “Vandam” kimi. Diqqətimi necə cəlb etdisə, gündən-günə diqqətimi ondan çəkə bilmədim”.

Payız ayları idi, tamaşa öncəsi partnyorumla mətni təkrar edirdik. Fəxrəddin üşüdüyünü dedi, mən də şubamı çıxarıb çiyninə atdım. Bu, partnyorumu qəzəbləndirdi, Fəxrəddin də bunu sezdi. Durdu ki, çəkməm cırılıb. Mən eləmədim tənbəllik, iki daşın arasında iynə-sap tapdım, çəkməsini tikməyə başladım. Partnyorum tamam özündən çıxmağa başladı. Təbii ki, səhnə çox qarmaqarışıq getdi, mətn qarışdı bir-birinə. Beləliklə bizim tanışlığımız başladı”.

Xalq artistinin övladı da olmayıb. Bu barədə Validə xanım bunları deyib: “Uşağın olmamasının səbəbi məndədir. Fəxrəddin böyük insandır, bunu qətiyyən problem etmirdi. Hətta neçə dəfə ona təklif etmişəm ki, bu problemi başqa qadınla asanlıqla həll edə bilər. Amma o, eşitmək belə istəmirdi. Söhbəti kökündə kəsirdi. Mənə deyir ki, səndən olmayan uşaq mənim deyil”.

Qeyd edək ki, Vahidə Sadıqova bu gün 65 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Günay Rəsulqızı

Paylaş
Xəbər lentİ