Aeroport yolunda eyni anda iki qəza oldu - FOTO

Oxunma sayı: 92
23-11-2020, 10:49

Aeroport yolunda eyni anda iki qəza oldu - FOTO

Hava limanı şossesində bir-birinin ardınca iki yol nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Onun sözlərinə görə, qəzalardan biri "Buta Palace" yaxınlığında baş verib.

"Zəncirvari qəza yolda sıxlığa səbəb olub. Digər bir qəza da hava limanı istiqamətində olub. Bakı Ekspo Mərkəzi yaxınlığında "Ford" markalı yük avtomobili isə aşıb. Bu qəza səbəbindən də sıxlıq müşahidə olunur", - deyə BNA rəsmisi qeyd edib.

Paylaş
Xəbər lentİ