realxeber.org
realxeber.org

Güclü küləyin əsməsi nəticəsində bu saata qədər xəsarət alan olmayıb - Səhiyyə Nazirliyi

17-01-2019, 15:55 96 dəfə baxılıb

Güclü küləyin əsməsi nəticəsində bu saata qədər xəsarət alan olmayıb - Səhiyyə Nazirliyi

İndiyədək olan məlumata əsasən, Azərbaycanda güclü küləyin əsməsi nəticəsində xəsarət alan və bununla əlaqədar xəstəxanaya müraciət edən olmayıb.

Realxeber.org bildirir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

S.Əhmədovanın sözlərinə görə, hava şəraitinin kəskin dəyişməsi ilə bağlı tibb müəssisələri gücləndirilmiş iş rejiminə keçiblər. Tibb müəssisələri tam hazır vəziyyətə gətirilib:

"Səhiyyə naziri Respublika əhəmiyyətli iri tibb müəssisələrinin rəhbərləri ilə şəxsən görüşərək onlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlığını nəzərə alıb gücləndirilmiş iş rejiminə keçmələri barədə tapşırıqlar verib. Digər tibb müəssisələrinin rəhbərlərinə telefonoqrammalar göndərilib".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA