realxeber.org
realxeber.org

Məmmədyarov və Mnatsakanyanın mümkün görüşü barədə XİN-dən açıqlama

9-01-2019, 16:39 63 dəfə baxılıb

Məmmədyarov və Mnatsakanyanın mümkün görüşü barədə XİN-dən açıqlama

Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin mümkün görüşünü şərh edib.

Realxeber.org xəbər verir ki, XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Trend-ə bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında əldə edilmiş razılığa əsasən, növbəti görüşün tarixi və yeri barədə məlumat zamanı gəldikdə açıqlanacaq.

Xatırladaq ki, ötən ay Milanda keçirilmiş ATƏT XİN Şurasının iclası zamanı tərəflər arasında 2019-cu ilin əvvəlində görüşün keçirilməsi barədə razılığın əldə olunduğu bildirilmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA