realxeber.org

GÖYTƏPƏ İCRA NÜMAYƏNDƏLİYİNDƏ MİLLİ QƏHRƏMAN VÜQAR MÜRSƏLOVA QOYULAN “HÖRMƏT” - VİDEO

1-07-2022, 20:18

GÖYTƏPƏ İCRA NÜMAYƏNDƏLİYİNDƏ MİLLİ QƏHRƏMAN VÜQAR MÜRSƏLOVA QOYULAN “HÖRMƏT” - VİDEO

Cəlilabad rayonu Göytəpə şəhəri "Avtovağzal" adlanan yerdə Birinci Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Vüqar Mürsəlovun adına abidənin bərbad olduğunu "REALXEBER.ORG" əməkdaşları lentə alaraq redaksiyamıza təqdim ediblər.

Abidənin üzərində Milli Qəhrəmanın köhnəlmiş şəklindən başqa onun haqqında nə bir yazı, nə döyüş yolu haqqında qısa tanıtım, hətta ad və familiyası belə həkk olunmayıb (bəlkə də baxımsızlıqdan it-bat olub. Redak.). Abidənin arxasında tikilmiş sanitar qovşağının tullantı suları isə kanalizasiya olmadığından ora da yığılıb qalır. Sanitar qovşağını isə orada yerləşən obyektə aid olduğu bildirildi. Həmin obyekt isə hal hazırda "Al Market" kimi fəaliyyət göstərir.

Bu faktla bağlı Göytəpə şəhər icra nümayəndəliyinə telefonla müraciət etdik. Göytəpə şəhər icra nümayəndəsi Niyaməddin adlı bir şəxs işdə olmadığını bildirərək müavini Fuada yönəltdi. Vəziyyəti araşdırmaq məqsədi ilə Fuad adlı şəxslə görüşdük. Təəssüf ki, onunda bu işdə heç nə edə bilməyəcəyini deyərək, Cəlilabad icra hakiminin müavini Elnarə xanımın dediyi kimi "o abidə obyektin yanında tikildiyinə görə onun təmiri ilə də obyekt yiyəsi maraqlanmalıdır". Həm icra müavini Elnarə xanıma, həm şəhər icra nümayəndəsinin müavini Fuad müəllimə bildirdik ki, bu dövlətin nə şəhidi, nə də ki qazisi tək tək fərdlərə məxsus deyil. Statusundan, kimliyindən, vəzifəsindən, dinindən, yaşından fərqli olmayaraq onların haqqı hamımızın üzərindədir. Və hər birimiz şəhid və qazilərimizi hər kəsdən yüksəkdə tutub, dəyər verməliyik.

Əlaxsusda, bir şəhərin icra hakimiyyəti, icra nümayəndəlikləri bu işdə artıq diqqətli olmalıdırlar.

Bir şeyidə nəzərinizə çatdıraq ki, İcra hakiminin müavini Elnarə xanım özü Göytəpə şəhərində yaşayır. Amma bu abidəni görməzdən gəlir.

Ümid edirik ki, bu mövzu ilə əlaqədar qurumlar məşğul olacaqlar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 333}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]