realxeber.org

Yenidən Flora Kərimova-Afət Fərmanqızı davası - 100 min təzminat tələb edir

30-06-2022, 18:32

Yenidən Flora Kərimova-Afət Fərmanqızı davası - 100 min təzminat tələb edir

Xalq artisti Flora Fərimova müğənni Afət Fərmanqızı ilə bağlı növbəti dəfə məhkəməyə müraciət edib.

REALXEBER.ORG APA-ya istinadla xəbər verir ki, Xalq artisti bu dəfə Nərimanov Rayon Məhkəməsində mülki iddia qaldırıb.

İddiada Afət Fərmanqızının üzr istəməsi və dəymiş mənəvi ziyana görə 100 manat maddi təzminat tələbi irəli sürülüb.

İş üzrə məhkəmənin hazırlıq iclası avqustun 10-a təyin olunub.

Xatırladaq ki, Flora Kərimovanın Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı Binəqədi Rayon Məhkəməsində araşdırma aparılır. Həmin işdə Afət Fərmanqızı məhkəməyə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandılıb. Xüsusi ittihamçı Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 99}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]