realxeber.org

Nazir müavininin lesbiyan qızı sərhəddə saxlanıldı- Atası deyir ki, qızını bu vəziyyətə onun içindəki "cinlər" salıb

19-06-2022, 12:07

Nazir müavininin lesbiyan qızı sərhəddə saxlanıldı- Atası deyir ki, qızını bu vəziyyətə onun içindəki "cinlər" salıb

22 yaşlı Həlimət Taramova Çeçenistanın paytaxtı Qroznı şəhərindən qaçarkən Dağıstanla sərhəddə saxlanılıb.

REALXEBER.ORG bildirir ki, gənc qız cinsi oriyentasiyasına görə təzyiqlərə məruz qalıb.

O, bundan əvvəl bir dəfə də lesbiyan sevgilisi ilə görüşmək üçün Dağıstana qaçıb. Ancaq atasının təzyiqi ilə Mahaçqala şəhərində saxlanılıb və məcburi geri qaytarılıb. Bundan sonra atası ehtimal edib ki, qızını bu vəziyyətə onun içindəki "cinlər" salıb. Qızını xilas etmək istəyən ata, şəhərdəki klinikaların birində onu dəyənəklə döydürərək cinləri çıxarmaq istəyib. Bir müddət ev dustaqlığında yaşayan Həlimət bu gün evdən qaçsa da, yenidən saxlanılıb və Qroznıya qaytarılıb.

Qeyd edək ki, Həlimət Taramova Çeçenistanın kommunal təsərrüfat nazirinin müavini Əyyub Taramovun qızıdır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 183}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]