realxeber.org

“Ramiz Mehdiyevin ən yaxın adamlarından biri olan Elçin Babayevin əməllərinə hüquqi qiymət verilməlidir”

18-06-2022, 22:18

“Ramiz Mehdiyevin ən yaxın adamlarından biri olan Elçin Babayevin əməllərinə hüquqi qiymət verilməlidir”

“Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin rektorluq fəaliyyətinindən 3 ildən çox keçib. Azərbaycan cəmiyyətində belə bir deyim: Vəzifəyə yeni gələn gedənin atasına rəhmət oxutdurur. Abel Məhərrəmovdan sonra rektor vəzifəsinə gətirilən Elçin Babayevdən böyük gözləntilər vardı. Düşünürdük ki, universitetdə rüşvət halları yığışdırılacaq. Deyir, sən gözləməyində ol, gör hələ nələr qarşına çıxacaq. Elə də oldu. Elçin Babayev və komandası Azərbaycanın 1 nömrəli universitetini ağlar günə qoydu. O vəziyyətə çatdıq ki, BDU Azərbaycanda artıq barmaqla sayılacaq universitetlər sırasında bəlkə də yoxdur”.

Reportyor.info -nın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli bildirib.

“Ramiz Mehdiyevin ən yaxın adamlarından biri olan Elçin Babayevin əməllərinə hüquqi qiymət verilməlidir”
A.Həmidli qeyd edib ki, BDU-da Rüşvət halları açıq şəkildə görünür: “Son günlər sosial mediada Bakı Dövlət Universitetinin müəlliminin tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsdiyi iddia edilir. Açığı təəccüblənmədim. Elçin Babayevdən nə gözləmək olardı ki?! Elçin Babayevin Universitetə gətirə biləcəyi yeganə “yenilik” yalnız və yalnız Elmin İnkişafı Fonduna rəhbərlik etdiyi dövrdə yaxşıca mənimsəmiş olduğu saxta yollarla daha çox qazanc əldə etməyin yeni üsulları ola bilərdi ki, onu da artıq tətbiq edib. Təsəvvür edin, rektor universitet daxilində tələbələrin və müəllim heyətinin əhatəsində tək gəzmir. Boyu 2 metr olan mühafizəçi heyəti ilə gəzir. Bakı Dövlət Universiteti rektoru “kiçik biznes”ə başlayıb. O, həyata keçirdiyi “islahat”ların tərkib hissəsi kimi universitetin girişində və əsas korpusa yaxın yerdə iki dönərxana açıb. Sizcə, bu, düzgündürmü? Bir məsələ olan kimi hər kəs deyir ki, “ermənilər bizə baxır, belə olmaz”. Bilin, belə şeylərdə ermənilərin gözü buradadır. Təhsilimizi bu günə qoyanlar hələ də cəzasızdır. Hesab edirəm ki, Ramiz Mehdiyevin ən yaxın adamlarından biri olan Elçin Babayevin əməllərinə hüquqi qiymət vermək zamanı yetişib. Harınlamış şəxslərin yeri vəzifə yox, məhz Kürdəxanıdır…”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 184}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]