realxeber.org

“Ömür” klinikasında özbaşınalıq – TANSU MƏMMƏDZADƏ SUSUR NİYƏ SUSUR?

18-06-2022, 13:05

“Ömür” klinikasında özbaşınalıq – TANSU MƏMMƏDZADƏ SUSUR NİYƏ SUSUR?

Bakıda “Ömür” klinikasının direktoru, həkim-ginekoloq Tansu Məmmədzadədir. O, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvüdür. Gənc həkim-ginekoloq Almaniyada təhsil aldıqdan sonra ölkəsində klinikanın direktor vəzifəsinə yüksəlib.

Amma T.Məmmədzadə günlərdir ki, haray çəkib “Ömür” klinikasının 20 min manat alıb, sonda körpəni küçəyə atdığını iddia edən atanın çağırışlarına, şikayətlərinə səs vermir.

Adının açıqlamayan həmin vətəndaş “Ömür” klinikasından videokadrlar çəkib. Şikayətçi deyir ki, klinika 20 min alıb, körpəni çölə atıb, amma heç bir cavab vermirlər.

O, Dövlət Təhlükəsizlik Xidmətinə, Baş Prokurorluğa səslənərək işin araşdırılmasını xahiş edir. Amma Tansu xanımın adına heç yaraşmayan bir şəkildə klinika susur. Buna qədər də klinikanın adı müxtəlif xoşagəlməz məsələlərdə hallanıb, onlayn medianı səhifələmək kifayət edir.

Amma təəccübləndirici gəldi ki, gənc bir direktor niyə vətəndaşın səsinə səs vermir?! Adətən Avropa təhsili almış müasir kadrlar köhnələrdən fərqli olaraq, şikayətlərə həssas yanaşır, rəhbəri olduğu yerin imicini qorumağa çalışır.

Ancaq Tansu xanım nədənsə, bu iddia ilə bağlı susur. İnanmaq istəyirik ki, məsələ göründüyü kimi deyil. Bununla bağlı T.Məmmədzadənin müsahibəsini işıqlandırmağa hazırıq. (Azərbaycanreallığı.com)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 98}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]