realxeber.org

Rusiya zabitləri Ukraynaya qarşı döyüşməkdən imtina edir

17-06-2022, 21:48

Rusiya zabitləri Ukraynaya qarşı döyüşməkdən imtina edir

“Ukraynada vuruşan rus komandirlər əsgərlərlə birlikdə silahlarını atıb qaçırlar”.

REALXEBER.ORG UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən dinlənilən rus hərbçinin telefon danışığında deyilir.

"Komandirimiz getdi. Getdi yox, silahını atıb qaçdı. Əvvəldən deyirdi ki, döyüşmək istəmir. Onu tapmasalar bizi də geri göndərəcəklər”,- hərbçi arvadına deyib.

Məlumatda o da vurğulanır ki, işğalçılar uzun müddətdir “həmkarları” və yaxınları ilə söhbətlərində rəhbərliyin hərəkətlərindən narazı olduqlarını bildirirlər.

May ayında SBU, əsgərlərin onların həyatlarını riskə atan və geri çəkilmələrini qadağan edən rəhbərlikdən şikayətlərini dərc edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 83}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]