realxeber.org

Azərbaycanda DƏHŞƏT! Mobil telefonu əlindən alınan qız özünü ASDI

17-06-2022, 16:31

Azərbaycanda DƏHŞƏT! Mobil telefonu əlindən alınan qız özünü ASDI

Bakıda 16 yaşlı qız intihar edib.

REALXEBER.ORG xəbər verir ki, Mərdəkan qəsəbəsində yerləşən “Günəşli” sanatoriyasındakı sanitar qovşaqdan yeniyetmə qızın asılmış vəziyyətdə meyiti aşkar edilib.

İlkin araşdırmalardan sonra meyitin həmin sanatoriyanın həyətindəki evlərdən birində yaşayan, 2006-cı il təvəllüdlü Ə.Əliyevaya məxsus olması müəyyən edilib.

Bəlli olub ki, orta məktəbin yuxarı sinif şagirdi olan 16 yaşlı Ə.Əliyevanın tanış olduğu oğlanla sevgi münasibəti yaranıb. Valideynləri isə ona həmin oğlanla əlaqəsini kəsməsini tapşırıblar. Ali məktəbə hazırlaşan qızın ailə üzvləri daha sonra Ə.Əliyevanın mobil telefonunu əlindən alıblar.

Bundan sonra 16 yaşlı qız sanitar qovşaqda özünü asaraq həyatına son qoyub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 111}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]