realxeber.org

Kəmaləddin Heydərovun məşhur oteli satışa çıxarıldı - FOTO

15-06-2022, 10:53

Kəmaləddin Heydərovun məşhur oteli satışa çıxarıldı - FOTO

Bakının mərkəzində yerləşən, dəbdəbəli, dördulduzlu “Qafqaz Baku City Hotel & Residences” oteli satışa çıxarılıb.

REALXEBER.ORG xəbər verir ki, bu barədə Bina.az saytında elan yerləşdirilib.

Kompleksə 17 mərtəbədə yerləşən 317 otaq, 9 yüksək komfortlu mənzil, habelə əlillər üçün nəzərdə tutulan 2 otaq daxildir.
İçərisində 2 restoran, barlar, gimnastika zalları, spa salonları, konfrans otaqları və ticarət mərkəzi mövcuddur.

Otelin qiyməti isə 72 milyon 750 min manatdır.

Qeyd edək ki, "Gilan Holding”ə məxsus olan "Qafqaz” otellər şəbəkəsinə 13 otel daxildir və bu mülklərin sahibi Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur.

Kəmaləddin Heydərovun məşhur oteli satışa çıxarıldı - FOTO
Kəmaləddin Heydərovun məşhur oteli satışa çıxarıldı - FOTO
Kəmaləddin Heydərovun məşhur oteli satışa çıxarıldı - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 95}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]