realxeber.org

Ukrayna müharibəsinin “qalibi” onlardır: Pandemiyadan sonra... - ŞOK DETALLAR

14-06-2022, 10:54

Ukrayna müharibəsinin “qalibi” onlardır: Pandemiyadan sonra... - ŞOK DETALLAR

“Rusiya-Ukrayna müharibəsinin “qalibi” silah şirkətləridir”.

REALXEBER.ORG xəbər verir ki, bu barədə Trthaber-də dərc olunan təhlildə deyilir. Məqalədə bildirilir ki, müharibənin hələ davam etməsinə baxmayaraq Avropa və ABŞ-ın silah şirkətləri gəlirlərini artıq iki dəfə artırıb. Ən çox gəlir əldə edən ABŞ-ın “Raytheon”, “Lockheed Martin” və “Noerthrop Grumman” şirkətləri olub. Avropanın müharibədən yüksək gəlir əldə edən şirkətləri isə Böyük Britaniyanın “BAE Systems” və Fransanın“Thales” şirkətləri olub. Bildirilir ki, pandemiya dövründə bu şirkətlərin gəliri çox aşağı olub. Müəllifin sözlərinə görə, müharibə bəzi Avropa ölkələrini müdafiə xərclərini artırmağa sövq edib. Bu da yeni silahların alınması deməkdir.

Məqaləyə görə, bəzi ölkələr yardım adı altında köhnə silahlarını Ukraynaya göndərib. Əvəzində isə həmin ölkələr yeni silahlar alıb. Ukraynaya göndərilən silahlarla bağlı narahatlıq doğuran məsələ silahların bir hissəsinin naməlum qüvvələrin əlinə keçməsidir. Bu, Avropa üçün təhlükə deməkdir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 89}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]