realxeber.org

Azərbaycan və Litva prezidentlərinin görüşü oldu - FOTO

18-05-2022, 12:04

Azərbaycan və Litva prezidentlərinin görüşü oldu - FOTO

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Litva Respublikasının Prezidenti Gitanas Nausedanın mayın 18-də rəsmi qarşılanma mərasimi olub.

REALXEBER.ORG xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Litva Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedanı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Litva Respublikasının Prezidentinə raport verib.

Prezident Gitanas Nauseda Azərbaycan əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və Prezident Gitanas Nauseda fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Litva Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Litva Prezidenti Gitanas Nausedanın qarşısından keçib.
Azərbaycan nümayəndə heyəti Litva Prezidentinə, Litva nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Azərbaycan və Litva prezidentlərinin görüşü oldu - FOTO
Azərbaycan və Litva prezidentlərinin görüşü oldu - FOTO
Azərbaycan və Litva prezidentlərinin görüşü oldu - FOTO
Azərbaycan və Litva prezidentlərinin görüşü oldu - FOTO
Azərbaycan və Litva prezidentlərinin görüşü oldu - FOTO
Azərbaycan və Litva prezidentlərinin görüşü oldu - FOTO
Azərbaycan və Litva prezidentlərinin görüşü oldu - FOTO
Azərbaycan və Litva prezidentlərinin görüşü oldu - FOTO
Azərbaycan və Litva prezidentlərinin görüşü oldu - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 96}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]