realxeber.org

Elnarə Həsənova Korrupsiya faktına görə həbs edilən keçmiş İcra Başçısı Namiq Zeynalovun sağ əli?! İDDİA

16-05-2022, 11:41

Elnarə Həsənova Korrupsiya faktına görə həbs edilən keçmiş İcra Başçısı Namiq Zeynalovun sağ əli?! İDDİA

Aprel ayının 10-da Cəlilabad rayonu sakinindən redaksiyamıza rayon icra hakimiyyətinin başçısı Elnarı Həsənovadan, rayon təhsil şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Ağaxan Ağayevdən və 7 saylı məktəbin direktoru Səidə Şükürovadan şikayət məktubu daxil olmuşdur. Şikayəti olduğu kimi sizlərə təqdim edirik.

Cəlilabad Rayon İcra Hakimiyyəti Elnarə Həsənova siz 5 aydır ki, qanunları pozan və Ölkə Prezidenti Cənab İlham Əliyev-in adına olan kitablara görə məktəblərdən pul rüşvət yığılması faktını aşkar edib ictimailəşdirdiyimə, Ölkə Başçısının Üğurlu Siyasətinə kölgə salanlara qarşı mübarizə apardığıma görə Cəlilabad şəhər 7 saylı tam orta məktəbdə davamlı təhdiq və təhqirlərə məruz qalan, həyat yoldaşımı intihar həddinə çatdıran Səidə Şükürovaya dəstək olduğunuz açıq aşkar bəllidir. Bu işdə sizinlə yanaşı Cəlilabad rayon təhsilinə müvəqqəti tapşırılan Ağaxan Ağayev və ətrafında olan bəzi inspektotrlarla birlikdə hansı qeyri qanuni işləri ört basdır etməyiniz bəllidir. İntihar həddinə çatdırılmaya səbəb olan Səidə Şükürovanın cinayətini Siz Elnarə Həsənova Rahib Kərimovun sifarişi və tapşırığı ilə ört basdır etdirmisiniz, indi hansı Huquq mühafizə orqanlarındakı araşdırmalardan danışıraınız,yazdığınız təcrübəsiz və həqiqəti əks etdirməyən məktub kimi Səidə Şükürova ilə mənim aramda hər hansısa münaqişəm olmayıb. Siz araşdırmalarıma mane olmaq üçün sifarişli Məhkəmə oyununu araya atmaqla məni bu qanunsuzluqları davamlı araşdırmağıma mane ola bilməyəcəksiniz. Hörmətli Birinci Vitse Prezident Mehriban Əliyeva və Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman, Lənkəran - Astara Regional Təhsil İdarəsi Xahiş edirəm etdiyim müraciətlərin ciddi araşdırılmasını sizlər təmin edin.

Elnarə Həsənova Korrupsiya faktına görə həbs edilən keçmiş İcra Başçısı Namiq Zeynalovun sağ əli, qara kassaı olduğu halda,hansı Ədalətlə və düzgünlüklə bucür məsələyə yanaşar.Xahiş edirəm bucür adamların etdikləri qanumsuzluqları ört basdır edənlər barəsində müvagiq ölçülər götürülsün.

P.S. Redaksiyamız Cəlilabad rayon icra hakiminin müavini Elnarə Həsənova ilə əlaqə saxladı və o sorğumuza qısa olaraq "hamısı yalandır" deyə cavab verdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 617}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]