realxeber.org

“Qarabağ - Əlil döyüşçülər”i Emil Səməndərovun daim diqqətindədir- İdmançılar məşq üçün Balakənə yollandılar (VİDEO)

13-05-2022, 11:40

“Qarabağ - Əlil döyüşçülər”i  Emil Səməndərovun daim diqqətindədir- İdmançılar məşq üçün Balakənə yollandılar (VİDEO)

Xəbər verdiyimiz kimi, “Qarabağ - Əlil döyüşçülər” Futbol Federasiyasının üzvləri  mayın 20-dən 22-dək Polşanın Krakov şəhərində keçiriləcək “AvroLiqa”ya hazırlaşırlar. 

Hazırda yığma komanda Balakən Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır. Bunun üçün idmançılara hər bir şərait yaradılıb. 



İdmançıların bildirdiyinə görə, Federasiya rəhbəri, eləcə də qurumun vitse-prezidenti, iş adamı Emil Səməndərov onların durumu ilə daim maraqlanırlar. 

Hətta xüsusi olaraq vurğulanıb ki, Emil Səməndərov hazırlıq prosesini  yaxından izləyir, idmançıların fiziki hazırlığın yüksək olması üçün əlindən gələni əsirgəmir.  

Həmçinin yarışlarda yüksək nəticə əldə edən komandamız həm iş adamı Emil Səməndərov, həm də federasiyanın prezidenti  tərəfindən daim mükafatlandırılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 106}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]