Bu gün Bakıda nişanlısını öldürüb daha sonra intihar edən polis əməkdaşı müstəntiq imiş.
Sfera.az-ın məlumatına görə, Nərimanov rayonu ərazisindəki evdə nişanlısı Günay Cabbarovanı qətlə yetirən Tural Aslanovun rütbəsi mayor olub. O, bir müddətdir Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi vəzifəsində işləyirmiş.
T.Aslanov daha əvvəl Şamaxı və Qaradağ rayonlarında müstəntiq işləyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 187}