realxeber.org

“İNTERNATİONAL” klinikası vətəndaşdan 3200 alıb müalicəni səhv edib - həkim Sevinc Heydərova - VİDEO

23-07-2021, 13:07

“İNTERNATİONAL” klinikası vətəndaşdan 3200 alıb müalicəni səhv edib - həkim  Sevinc  Heydərova - VİDEO

REALXEBER.ORG informasiya agentliyinin redaksiyasına vətəndaş Paşayeva Şəfiqə Qulam qızı tərəfindən şikayət daxil olmuşdur. Şikayət "İNTERNATİONAL" klininikasında baş tutmuş (26.08.2020) əməliyyat əsasındadır.

Belə ki, klinikanın həkimi Sevinc Heydərova tərəfindən keçirilmiş əməlliyat vətəndaşın qeyd etdiyinə görə uğursuz baş vermişdir. Video müraciətində 3200 azn ödədiyini və ödəniş çeklərinin əlində olduğunu vurğulayan Şəfiqə xanım əməliyyatın bədəninə əks təsir verdiyini bildirir.

Bunu dəfələrlə həkim Sevinc Heydərovaya bildirdikdə həkim onu yalançı vədlərlə cavablandırmışdır.

Əməliyyatdan 11 ay ötməyinə baxmayaraq heç bir halda zərərçəkən şəxsə kömək göstərilməyib.

Redaksiyamız vətəndaşın şikayəti ilə bağlı klinikaya müraciət edərək qarşı tərəfin mövqeyini öyrənməyə çalışdı. Həkim Sevinc Heydərovanın köməkçisi ilə əlaqə saxladıqda köməkçi heç bir etik qaydalara uyğun olmayan tərzdə əməkdaşımıza - "bu barədə həkimə məlumat verərik" deyərək telefonu bağlamışdır.

Sonradan klinikanın hüquqşünası bizimlə əlaqə saxlayaraq, şikayətlə bağlı heç bir açıqlama vermədən bizi və zərərçəkmişi məhkəməyə verəcəyini bildirdi.

Şikayət videosunu təqdim edirik.



Mövzuya qayıdacayıq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 1 046}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
İctimai əlaqələr şöbəsinin müdiri: Firəngiz Əkbərova
(+99470) 269 06 36
Email: [email protected]