realxeber.org

Cəlilabad rayonu qazisi baş leytenant Ağayev Qəzənfər Mahmud oğlu - MÜSAHİBƏ

20-07-2021, 10:58

Cəlilabad rayonu qazisi baş leytenant Ağayev Qəzənfər Mahmud oğlu - MÜSAHİBƏ

Qəzənfər Ağayev 19 mart 1996-cı ildə Cəlilabad rayonunun Təklə kəndində doğulub. 2012-ci ildə Zərifə Əliyeva adına Cəlilabad rayon 7 saylı orta məktəbi bitirib. Elə həmin il Ali Hərbi Akademiyaya daxil olmuş, 2017-ci ildə akademiyanı bitirib. 2017-ci ildən N saylı hərbi hissədə xidmət edir.
Ailəlidir, 1 qızı var. Qızı Vətən müharibəsindən 2 gün öncə dünyaya gəlib.

Azərbaycan Ordusunun baş leytenantı olan Qəzənfər Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murov dağ yüksəyliyinin azadlığı uğrunda, Suqovuşanın azadlığı və Agdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Ağayevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Cəlilabad rayonu qazisi baş leytenant Ağayev Qəzənfər Mahmud oğlu - MÜSAHİBƏ
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Ağayev "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

• (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı
• (29.12.2020) — "Suqovuşanın azad olunmasına görə" medalı
• (24.06.2021) "Ağdamın azad olunmasına görə" medalı
• (24.06.2021) "Kəlbəcərin azad olunmasına görə" medalı


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 275}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
İctimai əlaqələr şöbəsinin müdiri: Firəngiz Əkbərova
(+99470) 269 06 36
Email: [email protected]