realxeber.org

Qax icra başçısına etirazlar böyüyür: “Rədd ol get!“

7-07-2021, 21:10

Qax icra başçısına etirazlar böyüyür: “Rədd ol get!“

Müğənni Vüqar Muradov Qax rayon İcra başçısı Musa Şəkiliyevi öz Facebook hesabında sərt tənqid edib.

Qarabağ döyüşlərində iştirak edən musiqiçi deyir ki, Qaxın icra başçısı insanlarla maraqlanmır:

“Qaxın İcra başçısı, ya Qax camaatına dəyər ver, problemlərini həll et, şəhidin ailəsinə, qazilərə sahib çıx, ya da şələ-şüləni yığışdır, rədd ol get tutduğun vəzifədən. Sən oğullarını müharibədə gizlətdin, amma Sadiq canını qoydu vətən uğrunda. Sən qaxlıların bir nömrəli düşmənisən. Sənə bütün qaxlılar nifrət edir. “Əvvəl necə kasıb yaşamısınız, indi də elə yaşayın”. Bu sözü yataqxanada ailəsi, üç uşağı qalan şəhid polkovnik-leytenant Sadiq Məmmədovun ailəsinə deyib icrabaşı. Ağıllı ol Musa, ağıllı ol. Prezidentin şəhid ailələrinə, qazilərə ayırdığı pulları yemisən, üstündən su içmisən. Zəhər edərik sənə yediklərini. DTX bir zəhmət bu Musayla görüşün. Sizə güvənirik.”

Musiqiçi Vüqar Muradov İkinci Qarabağ döyüşlərində könüllü iştirak edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 120}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
İctimai əlaqələr şöbəsinin müdiri: Firəngiz Əkbərova
(+99470) 269 06 36
Email: [email protected]