realxeber.org

Əxlaqsız söz dəllallarının arzusu ürəklərində qaldı - VIDEO

7-07-2021, 21:02

Əxlaqsız söz dəllallarının arzusu ürəklərində qaldı - VIDEO

“Aşığın sözü qurtaranda dalay-dalay edər”. Bu el məsəli müasir həyatımızda da söz tapa bilməyən, lakin söz xatirinə nəsə söyləməyə çalışan boşboğazlara da şamil olunur. Xəzər İsayev və onun ailəsi istər Xəzər İsayevin öz adı ilə, istərsə də Şəhid qardaşına görə cəmiyyətə yaxşı məlumdur. Ailə həmişə vətənpərvərliyi ilə, xeyirxah əməlləri ilə gündəmdə olub. Bu yaxınlarda övladının xeyir işinə hazırlaşan ailə milçək kimi özü bir şey olmayıb könül bulandıran ünsürlərin yersiz qeybətləri ilə üzləşib, özü də çoxdanıncı illər əvvəl baş verən bir hadisə ilə.

Qısa xatırlatma verək ki, X.İsayevin oğlu Müşviq bəy 2 il öncə dostları ilə Türkiyədə istirahətdə olub. Məclisin aurasına uyğun xanımlarla təşkil olunmuş əyləncə məclislərində iştirak edib. Subay oğlanların hansının həyatında əyləncəli “isti münasibət olmur ki?” sualı verə bilərsiz. Əlbəttə, burda qeyri-adi nəsə yoxdur, gənclər üçün sıradan bir hadisədir. Həmin xanım növbəti eşq məcarası yaşayarkən instaqram parolu “qısqanc aşiq” tərəfindən ələ keçirilib, etik dəyərlərdən uzaq olsa da, xanımın şəxsi şəkil və videoları sosial şəbəkədə paylaşılıb. Həmin videolar arasında 2 il əvvəl Müşviq İsayevlə isti münasibətləri əks etdirən videolar da yer alıb. Bu situasiyadan da bəzi söz dəllalları yararlanmağa, gənci şantaj etməyə çalışıblar. Amma əbəs yerə. Əvvala hadisə çoxdan baş verib, ikincisi də subay oğlanın dostları ilə əyləncə məclislərində belə macəralar yaşaması normal haldır. O qız bu söz dəllallarının təbirincə desək nə qədər əxlaqsızlıq edibsə, şəxsi məlumatı cəmiyyətə sızdıranlar, bu hadisədən Müşviq bəyə qarşı şantaj kimi istifadə etməyə çalışanlar da o dərəcədə əxlaqsızdırlar. Bəli, bəli düz oxudunuz, ƏXLAQSIZ. Ailə qurmağa hazırlaşan gəncə qarşı aparılan belə iyrənc kampaniyanın bundan başqa adı yoxdur. Yel qayadan nə aparar? Əlbəttə heç nə! İsayevlər ailəsi belə şantajçı işbazlara əhəmiyyət vermir, xeyir işləri hazırlıqlarına başlayıblar. Allah xoşbəxt eləsin. Atasının gözləri aydın, adını daşıdığı əmisinin ruhu şad olsun!


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 211}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
İctimai əlaqələr şöbəsinin müdiri: Firəngiz Əkbərova
(+99470) 269 06 36
Email: [email protected]