realxeber.org

QƏHRƏMANLARI İLƏ DİLLƏRDƏ DASTAN OLAN BEYLƏQAN RAYONUN BƏZİ DIRNAQ ARASI MƏMURLARI! - VIDEO

1-07-2021, 17:28

QƏHRƏMANLARI İLƏ DİLLƏRDƏ DASTAN OLAN BEYLƏQAN RAYONUN  BƏZİ DIRNAQ ARASI MƏMURLARI! - VIDEO

Realxeber.org informasiya agentliyinin əməkdaşları “ƏSGƏR QARDAŞIM” layihəsinə görə ezam olunduqları Beyləqan rayonunda olan şəhid və qazilərin qəhrəman döyüş yollarını əbədiləşdirmək məqsədi ilə rayonda oldu. Bu niyyətlə Beyləqan rayonun İcra Hakimiyyətinə yaxınlaşıb əməkdaşlarımızın qeydiyyata salınmasını və bu işdə mənəvi dəstək olmalarını istədik. Əməkdaşlarımızı rayonun 44 günlük döyüşlərdə qəhrəmancasına iştirak etmiş qazısi ilə İH-nin müavini Yeganə Məmmədova qəbul etdi. Görüş əsnasında Yeganə xanım əməkdaşlarımızı və qazimizi “özünəməxsus” hörmətlə qarşıladı. Görüşümüzün məqsədini Yeganə xanıma bildirdikdə, çox böyük saymamazlıqla qarşıladı. Əməkdaşımızın ona bu işdə bizə yaralı qazimizin dəstək olduğunu, getdiyimiz şəhid və qazi ailələrinə qazimizin öz köhnə avtomobilində apardığını və “hər kəsin sərin, kondisionerli otaqda oturub işləmək istəyir, lakin bu rahatçılıq bizə yarası sağalmayan qazilərimizi unutdurur” dedikdə, Yeganə “xanım”ın verdiyi cavabı “HƏRƏNİN ÖZ İŞİ VAR, ÇIXANDA QAPINI ÖRT!” olub.

Cənab Prezidentimiz hər çıxışında bildirir ki, onun təyin elədiyi hər bir məmur vətəndaşları qəbul etməli, onları dinləməli və dərdlərinə çarə olmalıdırlar. Lakin Beyləqan rayon İcra Hakimiyyətinin müavini Yeganə Məmmədova bu sözlərə məhəl qoymadan vətəndaşları nə qəbul edir, nə də ki onları dinləməyi belə istəyir. Qazimizin keçdiyi yoldan, yaralanmağından danışdıqca “məmur xanımın” heç tükü də tərpənmirdi. Bu qədər laqeyidlik, bu qədər diqqətsizlik ancaq özünü Azərbaycanlı saymayan birində ola bilərdi, o da Yeganə xanımın əməkdaşlarımıza və qazimizə olan münasibətindən sezilirdi.

Yazıya geri dönəcəyik.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 1 282}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
İctimai əlaqələr şöbəsinin müdiri: Firəngiz Əkbərova
(+99470) 269 06 36
Email: [email protected]