realxeber.org

Azərbaycan hökuməti əhaliyə bu cərimələri bağışlaya bilər

25-06-2021, 13:04

Azərbaycan hökuməti əhaliyə bu cərimələri bağışlaya bilər

Gürcüstanda karantin qaydalarının pozulmasına görə tətbiq edilən, lakin ödənməmiş cərimələr əfv ediləcək.

REALXEBER.ORG xəbər verir ki, belə bir açıqlama ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edib.

Baş nazir əlavə edib ki, özünütəcrid və karantin qaydalarının pozulmasına, tibbi maska taxmamağa görə barələrində cərimə tətbiq edilən şəxslər parlamentə təqdim edilən iki qanun layihəsi əsasında ödənişdən azad ediləcək.

Bu qərardan Gürcüstanda 245 min vətəndaş, habelə 344 hüquqi şəxs yararlanacaq. Əfv olunan cərimələrin ümumi məbləğinin 76 milyon lari (41 milyon manat) təşkil edəcək.

Qonşu Gürcüstanda krantin cərimələri ilə bağlı qəbul edilən qərarın ölkəmizdə də tətbiq olunma ehtimalı böyük maraqla qarşılanır. Bu mövzu ilə bağlı sualı cavablandıran Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov "ARB24” kanalında yayımlanan "İş vaxtı" verilişində bildirib ki, bu gün üçün yay ayları daxil olmaqla dalğanın nə vaxt gələcəyi reallığı bilinmədiyi halda belə bir şəkildə ləğv olunmalar cəmiyyətlər üçün problemlər yarada bilər:

"Fikrimcə, ölkələrin belə humanist qərarları hər şey bitdikdən və pandemiya qurtardıqdan sonra verməsi daha doğru olardı. Əminəm ki, Azərbaycan hökuməti hər zaman olduğu kimi həm sosial, həm mədəni, həm də iqtisadi tərəfdən hər bir cəmiyyət üzvünün zərər görməməsi üçün lazım olan bütün işləri görür və bundan sonra da görəcək".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 110}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
İctimai əlaqələr şöbəsinin müdiri: Firəngiz Əkbərova
(+99470) 269 06 36
Email: [email protected]